!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Shokki Mokki” Ağalı kənd məktəblilərini “Zəfər Günü” münasibətilə təbrik etdi - FOTOLAR

!Reklam – Yazi

Balacaların sevimli markası olan “Shokki Mokki” bu dəfə onları “Zəfər Günü” münasibətilə
təbrik edib.

Bir sıra sosial layihələr həyata keçirən şokolad markasının bu dəfəki səfəri işğaldan
azad olunmuş torpaqlar idi. Belə ki, Zəngilan rayonuna yollanan “Shokki Mokki” komandası
Ağalı kənd məktəbliləri üçün bayram tədbirinin təşkilində iştirak edib.

Hazırda 200 şagirdin təhsil aldığı məktəbdə “Zəfər günü” Dövlət Məşğulluq Agentliyi,
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə təşkil edilib.
Qeyd edək ki, “Shokki Mokki” ölkəmizin tarixi, mədəniyyəti və ənənələrinə xüsusi həssaslıqla
yanaşaraq mütəmadi olaraq müxtəlif sosial layihələri həyata keçirir. Adıçəkilən marka artıq bir
ildir ki, Azərbaycanın ən böyük Korporativ Sosial Məsuliyyət layihələrindən olan “Məktəbim”i
reallaşdırır və ölkəmizin müxtəlif bölgələrindən olan sosial həssas kateqoriyaya məxsus
uşaqların məktəbəqədər təhsil almasına dəstək verir.

www.yenicag.az

350
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv