!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Shokki Mokki” ucqar kəndin balaca sakinlərini sevindirdi - FOTOLAR

!Reklam – Yazi

Hər zaman sosial layihələri yaxından dəstəkləyən “Shokki Mokki” markası bu dəfə ucqar kənd
məktəblilərini sevindirib. Uşaqların sevimlisi olan şokolad markası Lənkəranın Biləsər kənd tam orta
məktəb şagirdləri üçün teatr tamaşası nümayiş etdirib.
Belə ki, Lənkəran Dram Teatrının aktyorlarının səhnələşdirdiyi “Uçan səhnə” tamaşasını şagirdlər
böyük maraqla izləyiblər.
Tamaşadan sonra əyləncə proqramı keçirilib və balacalar müxtəlif oyunlarla xeyli əyləniblər. “Shokki
Mokki” markası uşaqlar üçün dadım keçirib, həmçinin onlara müxtəlif hədiyyələr də təqdim edib.
Qeyd edək ki, “Shokki Mokki” uşaqlar üçün təşkil olunan sosial layihələrdə iştirak edərək balacalara
sevinc bəxş edir. Artıq bir ildir ki, adıçəkilən marka tərəfindən ölkəmizin ən böyük Korporativ Sosial
Məsuliyyət layihələrindən biri olan “Məktəbim”ə dəstək verilməkdədir. Layihə çərçivəsində Bakıda və
bölgələrdə aztəminatlı ailələrdən olan,  xüsusi qayğıya ehtiyacı olan azyaşlılar üçün onlarla
məktəbəqədər təhsil ocağı yaradılıb, paralel olaraq xanımların məşğulluğunun artırılması üçün iş
yerləri yaradılıb.

www.yenicag.az

1975
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv