!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şiddətə məruz qalan azyaşlılar: “Tibbi müayinədən keçməyən məşqçilərə…” Psixoloqdan ÇAĞIRIŞ

!Reklam – Yazi

“İdman məşqçiləri, dayə və repetitorlar mütləq şəkildə psixoloji testlərdən keçməli və onların psixoloji durumları yoxlanıldıqdan sonra fəaliyyət göstərməlidir”.

Bu sözləri Psixoloji və Sosial Dəstək İctmai Birliyinin rəhbəri, UM Psixologiya Mərkəzinin rəhbəri psixoloq Ülviyyə Murtuzova Yenicag.az-a açıqlamasında deyib.

Psixoloq Sumqayıtda idman zalında məşqçinin zərbələri nəticəsində dünyasını dəyişən azyaşlının ölümünü əsas gətirərək müəyyən sahədə çalışan şəxslərin mütləq şəkildə psixoloji testlərdən və digər tibbi müayinələrdən keçirilməsi məsələsini gündəmə gətirib:

“İdman müəllimləri, dayələr, repetitorlar, məşqçilər psixoloji testlərdən keçmədən işə götürülürsə, bu məsələdə rəhbərlik birbaşa məsuliyyət daşıyır. Nə qədər uşaqlar evlərdə, bağçalarda dayələr tərəfindən döyülüb, şiddətə məruz qalıb. Repetitor yanına getdikdə təhsil almaq əvəzinə digər sektalara cəlb olunub. İdman zalında baş verən son hadisə də bir daha bunu təsdiqlədi ki, vaxt, zaman yetişib. Xüsusən idman müəllimləri mütləq şəkildə psixoloji test və digər tibbi müayinələrdən keçməlidir. İnsan vücudunda müəyyən nöqtələr var ki, yüngül zərbə endirməklə onun həyatını sonlandırmaq mümkündür. Psixoloji testlərin aparılması, həmin şəxslərin müəyyən laborator analizlərdən keçirilməsi işinə başlamaq artıq bir zərurədir.

Bir insanın özünə nazərəti itirməsi, etdiyi hərəkətdən zövq alması manyaklaşmış bir dərəcədir”.

Psixoloq bu məsələdə xüsusən valideynlərə səslənərək, onlara çağırış edib:

“Əziz valideynlər övladlarınızı yanına göndərdiyiniz insanların kimliyini araşdırın, sonra onlara etibar edin. İdman müəllimləri daha çox təhlükəlidir. Azyaşlı uşağın onlara təhvil verilməsi zamanı valideyn ölçüb-biçməlidir. Özünüzə sual verin ki, mən övladımı kimin yanına qoyuram? Burada zərbələr, fiziki və psixoloji təsirlər, fiziki davranışlar, söz şiddətinin təsir mexanizmi, hədələr, təzyiqlərdən söhbət gedir. Uşaq fiziki və psixoloji təsirlərə məruz qala bilər. Buna görə də ilk növbədə valideyn məsuliyyət daşımalıdır. O, uşağını yanına apardığı idman müəllimi ilə ünsiyyət qurmalı, kimliyini araşdırmalı, psixoloji durumundan məlumatlı olmalıdır”.

Cəvahir

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv