!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şiddətli DÖYÜŞLƏR: “Ukraynanın əks-hücumunun ikinci hissəsi bu tarixdə başlayacaq” - HƏRBİ EKSPERT

!Reklam – Yazi

“Hazırda Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı arzuolunan kimi getmir”.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın Rusiya işğalına qarşı başlatdığı əks-hücum əməliyyatlarını şərh edən Amerika ordusunun keçmiş zabiti Stanislav Krapivnik deyib.

O, bildirib ki, Ukrayna Silahlı Qüvvələri üç müdafiə xəttini keçmək istəyir:

“Ukraynanın əks-hücum əməliyyatı on günlük döyüşlərdən sonra sakitlik adlandırıla bilən mərhələyə keçid edib. On gün ərzində baş verən şiddətli döyüşlər bir qədər səngiyib. Zədələnmiş texnika və düşmən canlı qüvvəsinin məğlubiyyəti barədə xəbərlərə artıq o qədər də rast gəlinmir. Buna baxmayaraq, Ukrayna Silahlı Qüvvələrinin hücumunun ikinci mərhələsi barədə məlumatlar var.

Bəzi ekspertlər hücumun ikinci mərhələsinin 26 iyunda başlayacağını, hətta bunun əsl hücum olacağını və daha şiddətli döyüşlərin proqnozlaşdırıldığını deyir. Təmas xəttində nisbi sakitliyi taktiki pauza adlandırmaq olar. Döyüşlər dayanmayıb, davam edir. Amma əvvəlki qədər aktiv deyil. Gələcək döyüş əməliyyatları üçün itkiləri geri çəkib əvəz etməli, yenidən silahlanmalı, dincəlməli və yenidən döyüşə başlanılmalıdır. Ukrayna Silahlı Qüvvələri çoxlu canlı qüvvə itirdi. Bölmələr ağır zərbə aldı. Ukrayna Silahlı Qüvvələri əlində olan 18-20 briqadadan təxminən üç briqadasını itirib. Zədələnmiş texnikanı təmir etmək lazımdır. Hazırki durğunluq əməliyyat fasiləsidir”.

Nəsimi Ələsgərli

www.yenicag.az

289
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv