!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sidik qaçırma və onun müalicəsi

!Reklam – Yazi
Sidik qaçırma müxtəlif səbəblərdən yaranan və diskomforta səbəb olan bir problemdir. Ən çox qadınlarda müşahidə olunan sidik qaçırmanın bir səbəbi də sistit xəstəliyidir.

 

Sistit sidik kisəsinin selikli qişasının iltihabıdır.
Sidik-cinsiyyət üzvlərin iltihabı xəstəliklərinin ən çox yayılmış formasıdır. Kişilərlə müqayisədə  qadınlarda daha çox təsadüf olunur. Qadınların 20-25%-i müxtəlif formada sistit keçirirlər, 10%-i isə xroniki sistit xəstəsidirlər və bu rəqəmlər ildən ilə artır. Kişilər bu xəstəlikdən nisbətən az əziyyət çəkirlər – sistit kişilərin 0.5%-də olur.
Qadınlarda sistit xəstəliyinin daha çox təsadüf edilməsi, onların orqanizmlərinin anatomik quruluşu ilə bağlıdır: qadınlarda sidik kanalı geniş və qısadır, ona görə də kişilərə nisbətən qadınlarda sidik kisəsinə infeksiya düşməsi daha asandır. İnfeksion sistitin əsas törədicisi  bağırsaq çöpüdür (E-coli), bütün xəstələrin 70%-90%-də aşkar edilir. İkinci ən çox yayılmış patogen S. saprophyticusdur; xəstələrin 10%-20%-də rast gəlinir. Bəzən xlamidiya, ureaplazma və kandida göbələkləri də sistitin yaranma səbəbi olur.
SİSTİTƏ MEYİLLİYİ ARTIRAN FAKTORLAR:
Sistitə meyilliyi artıran faktorlar arasında oturaq həyat tərzi və kompüter arxasında durmadan 4-6 saat işləmək (sidik kisəsinin divarlarında və kiçik çanaqda qan dövranı pozulur), qəbzlik, sidik kisəsinin uzunmüddətli kateterizasiyası, cinsi yolla keçən infeksiyalar, şəkərli diabet, piylənmə,  uzun müddət dar paltar, alt paltarı geyinmək, immun sistemin funksiyasının azalması, qadınlarda menopauza dövrü xüsusi yer tutur.
“BAL AYI SİSTİTİ” NƏDİR?
Bal ayı sistiti yeni ailə quran cütlüklərdə rast gəlinir. İlk cinsi əlaqəsini evləndikdən sonra yaşayan qadınlarda uzunmüddətli cinsi əlaqə vaginanın ön tərəfində yerləşən sidik kanalının qıcıqlanmasına və sistitin yaranmasına səbəb olur. Sistit cinsi əlaqəni daha da ağrılı edir. Cinsi əlaqə zamanı yaşanılan şiddətli ağrı cinsi əlaqədən qorxmağa və soyumağa gətirib çıxarır.
SİSTİTİN ƏLAMƏTLƏRİ:
⦁ Tez-tez sidik qaçırma, sidik saxlaya bilməmə;
⦁ Sidik kisəsinin tam boşalmaması;
⦁ Sidik kanalı nahiyəsində yanma, göynəmə hissi;
⦁ Qarının aşağı nahiyəsində ağrı;
⦁ Cinsi əlaqə zamanı ağrı;
⦁ Sidiyin bulanıq, pis qoxulu olması;
⦁ Sidiyin qəhvəyi-qırmızı çalarlı rəng alması;
⦁ Bədən temperaturunun artması;
⦁ Başgicəllənmə, ümumi zəiflik;
⦁ Az hallarda sidikdə qan damcılarının izlənməsi;
SİSTİTDƏN QORUNMAQ ÜÇÜN:
Sidiyi saxlamamaq –vaxtında sidik ifraz etmək, gün ərzində bol su içmək, qəhvə, çay, alkoqol kimi içkilərdən az istifadə etmək, gigiyenik qaydalara ciddi riayət etmək, genital bölgənin uzunmüddətli nəm qalmasına şərait yaratmamaq, (nəm mühitdə bakteriyalar artıb çoxalır) vaginal duş, sabunlardan az istifadə etmək lazımdır.
SİSTİTİN MÜALİCƏSİ:
320655
Əgər siz sidik qaşırmadan əziyyət çəkirsinizsə və sistitdən şübhələnirsinizsə, müalicəni gecikdirməyin. Həkim uroloq və ya həkim ginekoloqa müraciət edin. Düzgün olmayan müalicə və ya müalicənin gecikdirilməsi, xəstəliyin xroniki formasının yaranmasına səbəb olur.
Son zamanlar sistit xəstəliyinin müalicəsində Uro-litolit tabletləri həkimlərin seçim preparatıdır. Uro-litolit tabletləri təbii tərkibli komponentlərdən ibarət olub, sidik yollarında xəstəlik törədici bakteriyaların təsirindən yaranan xəstəliklər və onların fəsadlarının aradan qaldırılmasında istifadə olunan effektiv preparatdır.
Uro-litolit tabletləri tərkibində olan D mannoza sayəsində sidik-ifrazat sisteminin funksional vəziyyətini yaxşılaşdırır, xəstəlik törədici bakteriyaların sidik vasitəsilə orqanizmdən xaric olmasını təmin edir. Ənginar gövdəsi və yarpağının ekstraktı sidikqovucu, antioksidant təsir göstərərək zərərli maddələri orqanizmdən xaric edir. Kalium sitrat sidik-ifrazat sistemində daşların əmələ gəlməsinin qarşısının alır. Amerika mərcanı mikrobəleyhi, iltihabəleyhi təsir xüsusiyyətlərinə malikdir.
Uro-litolit preparatını şəhərimizin apteklərindən əldə edə bilərsiniz.

www.yenicag.az

6925
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv