!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sidneydə ticarət mərkəzindəki hadisə nəticəsində ölənlərin sayı artdı - YENİLƏNDİ

!Reklam – Yazi

Sidneydə ticarət mərkəzindəki hadisə nəticəsində ölənlərin sayı artıb. 

Naməlum şəxs tərəfindən bıçaqlı hücuma məruz qalan ən azı beş nəfər həyatını itirib.

Bu barədə Yeni Cənubi Uels əyalət polisinin nümayəndəsi yerli televiziya kanalının efirində məlumat verib.

“Beş nəfər həyatını itirib, onlar hücum nəticəsində ölüblər”, – deyə o bildirib.

Həmçinin daha bir neçə nəfərin xəstəxanaya yerləşdirildiyini, bəzilərinin vəziyyətinin ağır və kritik olduğunu da əlavə edib.

Polis nümayəndəsinin sözlərinə görə, hücum edən şəxs təkbaşına hərəkət edib və zərərsizləşdirilib. Onun motivləri məlum deyil.

Qeyd edək ki, daha əvvəl təcili yardım xidməti hücum edənlərin iki nəfər olduqlarını, onlardan digərinin qaçdığını, polis tərəfindən axtarıldığını bildirmişdi.

 

Mənbə: TASS

***

Avstraliyanın Sidney şəhərinin Bondi-Cankşen ərazisində yerləşən ticarət mərkəzində atışma və bıçaqlanma hadisəsi baş verib.

Nəticədə azı dörd nəfər ölüb və çox sayda insan yaralanıb.

İlkin məlumatlara görə, hücum edən şəxs yerindəcə polis tərəfindən zərərsizləşdirilib. Təsdiqlənməmiş məlumatlara əsasən, hadisə yerində ikinci cinayətkar da ola bilər.

www.yenicag.az

260
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv