!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sığorta şirkətlərinin məhrum edildiyi DOMİNANTLIQ: “Vətəndaşların haqlı narazılığı səbəbindən...”

!Reklam – Yazi

“Əvvəllər qiymətləndirmə prosesində iştirak edən ekspertləri də məhz şirkətlər müəyyənləşdirirdi”.

Bu fikirləri ölkədə icbari sığorta üzrə vahid qiymətləndirmə sisteminin müsbət tərəfləri haqda danışan sığorta məsələləri üzrə ekspert İlkin İbrahimov Yenicag.az-a açıqlamasında deyib.

Onu sözlərinə görə, ölkədə icbari sığorta üzrə vahid qiymətləndirmə sisteminin analizində nəzarət mexanizminin effektivliyi və tərəfsizlik mühüm amildir.

“Ümümiyyətlə, ölkəmizdə sığorta ilə bağlı problemlər sırasında qiymətləndirmə məsələsi xüsusi seçilir. Vətəndaşlar haqlı olaraq, qiymətləndirmə prosedurlarından narazılıq edirlər. Qanunvericiliyə əsasən, sığortalanan və sığortaçı arasında zərərlə bağlı mübahisə yarandıqda, qiymətləndirmə müstəqil ekspertlər tərəfindən həyata keçirilməlidir.

Əvvəllər sığorta şirkətləri bu məsələdə faktik olaraq, dominantlıq edirdilər və həmin ekspertləri də məhz şirkətlər müəyyənləşdirirdi. Artıq bir neçə müddətdir ki, bu məsələ Mülki Məcəllədə və sığorta fəaliyyəti haqqında qanuna edilən müvafiq dəyişikliyə uyğun qaydada öz həllini tapıb.

Həmin dəyişikliyə əsasən, müstəqil ekspertlərlərin seçimi zamanı ilk növbədə Mərkəzi Bankın reyestrindən üç vətəndaş seçilir. Bundan sonra isə sığorta şirkəti həmin üç 3 şəxsdən birini şeçir. Düşünürəm ki, bu kifayyət qədər ədalətli prinsipdir.

Eyni zamanda, icbari sığota haqqında qanunda icbari avtosığorta ilə bağlı məsələnin elektronlaşması ilə bağlı məsələlər əks olunub. Bununla Azərbaycanda icbari sığorta üzrə vahid qiymətləndirmə sistemi sayəsində vətəndaşların haqqında danışılan narazılıqları da əsaslı dərəcədə azlacaq”.

Nuray Məmmədzadə

www.yenicag.az

431
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv