1 fevral tarixində saytımızda “Avropa Azərbaycan Məktəbinin rəhbərliyi valideynlərdən niyə gizlənir?” başlığı altında valideyn Vüsalə Hacıyevanın şikayəti əsasında məqalə dərc olunmuşdu.
Yenicag.az-a verilən məlumata görə, bu gün səhər məktəbin direktoru Q.Krippin və digər əlaqədar rəhbər işçilər valideyinlə görüşüb. Görüşdə bütün məsələlərə aydınlıq gətirilib.
“Əsas problem biz valideynlərin İB proqramını yaxşı bilmədiyimizlə bağlıdır. Söhbət zamanı anladıq ki, oğlumun təhsilində heç bir gerilik yoxdur, birinci yarım il üzrə onun qiymətləri müsbətdir, ingilis dili səviyyəsi başqa beynəlxalq məktəblərdə təhsil alan dostlarından yüksəkdir”, deyə V.Hacıyeva bildirib.
Valideynin sözlərinə görə, məqalədə qaldırılmış digər məsələlər üzrə də (təhsil haqqı, müqavilə və s.) ətraflı və qaneedici məlumat əldə ediblər.