!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Silah bazarında GÜC NİSBƏTİ - Azərbaycan Rusiya texnikasından imtina etməlidir? - ŞƏRH

!Reklam – Yazi

“Əgər 21-ci əsrdə Türkiyə rus silahına istinad edirsə və təhlükəsizliyi üçün bu addımı atırsa, onda Azərbaycan keçdiyi yolu geri qayıtmalıdır? Duyğusal olaraq Rusiya haqqında çox şey demək olar, ancaq reallıq odur ki, silah bazarında ABŞ və Rusiya yarışır”.

Bu fikri ictimayyətdə Rusiya silahlarından imtina etmə çağırışları, rus silahlarına inamsızlığın formalaşmasını şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Elxan Şıxəliyev Azərbaycan ordusunda Rusiya mənşəli silahlardan istifadənin çox olmasını belə izah edib:

“Silah satınalma məsələsi o qədər asan proses deyil. Silahların alınmasına verilən qərarlar əvvəlcədən razılaşdırılmalardan sonra baş verir. Qurumlar beynəlxalq müdafiə sənayesi sərgilərində iştirak edirlər. Ondan sonra rəy formalaşır ki, hansı silah və texnikalar silahlanmaya uyğun sayılır.

O texnikaları işlədəcək təcrübəli mütəxəssislərimiz varmı?

Azərbaycanın Rusiya mənşəli silah və texnikanı alması bazamızın olması səbəbindəndir. Texniki avadanlıqların təmir olunması, bunun üçün zavodlar, alınan texnikalara xidmət göstərə biləcək heyət, aviasiya vasitələri olanda pilotların yetişdirilməsi nəzərə alınır. Dolayısı ilə silahın alınması silahın özü ilə bağlı məsələ deyil. Onu işlədəcək mütəxəssislər varsa, onun üzərindən qərar verilir.

Pilotsuz Uçuş Aparatlarını alanda təkcə onu almırıq, həm də onu idarə edəcək heyət əvvəldən ölkələr arasında razılaşmalar əsasında yetişdirilir. Buna da vaxt lazımdır.

Gələcəkdə bütün texnikalar modernləşdirilir, yenilənir.

Azərbaycanın Rusiya mənşəli silah-sursat, texnikaların alması, bu istiqamətdə bazamızın olmasından irəli gəlir. Azərbaycanda döyüş təyyarələri və hərbi helikopterlərin demək olar ki, 90 faizi Rusiyadan alınıb.

Keçmişdən bir təcrübəmiz var, əlimizdə aviasiya vasitələri var, bu texnikalara işlədə biləcək mütəxəssislər, heyətlər varsa və bunun üzərində də pilotlar yetişdirilirsə, toplu olaraq onu dəyişməyə qərar vermək olmaz.

Silah almaq təkcə silah almaq məsələsi deyil. Onun arxasında iki ölkə arasında həddindən artıq tədbirlər var. Qərar bunun üzərindən verilir. Bunun adı qısa yoldan gedilmə prosesidir.

Yəni Rusiya silahı və texnikasından başqasına keçidi kütləvi şəkildə etmək nə asandır, nə də mümkün.

Xarici ölkələrdən alınacaq silahlar strateji əməkdaşlıq tələb edir.

Strateji əməkdaşlıq o deməkdir ki, ölkələr arasında qarşılıqlı inam o səviyyədə olmalıdır ki, kodlaşmaları bir-birilərinə etibar etsinlər. İstehsalçıların əlində o qədər vasitələr var ki, texnikanı satar, günün birində koda müdaxilə edər, aviavasitə kilidlənər. Texnologiya artıq o həddə çatıb. Rusiyadan silah almırıq deyəndə, öncə kimdən alacağıq sualının cavabını vermək lazımdır. Belə bir deyim var: “Bizdə “Oksford” var idi, oxumadıq?”

Azərbaycanda “rus fobiya”sı var. Bunun da səbəbləri var.

Ən azı 90-cı illərin əvvələrindəki proseslərdən sonra bu şüuraltımıza yeriyib. Türkiyə NATO, ABŞ və Avropa ölkələri ilə münasibətləri gərginləşdirərək Rusiyadan S-400 raketi aldı, gələcəkdə də S-500 alacaq. Əgər 21-ci əsrdə Türkiyə rus silahına istinad edirsə və təhlükəsizliyi üçün bu addımı atırsa, onda Azərbaycan keçdiyi yolu geri qayıtmalıdır?

Duyğusal olaraq Rusiya haqqında çox şey demək olar, ancaq reallıq odur ki, silah bazarında ABŞ və Rusiya yarışır. Dünya silah sənayesinin əsas pay sahibləri rus silahını rəqib kimi görür və bunu qəbullanır. Azərbaycanın Rusiyadan aldığı aviasiya vasitələri, döyüş texnikaları, artilleriya vasitələri sonradan modernləşdirilir. Rusiya satdığı silahı sonra gəlib tanımayacağı vəziyyətdə görə bilər. Bu məsələyə duyğusal yanaşmaq olmaz”.

Ayın 30-da baş vermiş qəzaya gəldikdə isə, hərbi ekspert bunları deyib:

“Şəhidlərin ailələri, yaxınları üzülür. Ancaq təkcə şəhidlərin ailələri onları itirməyib. O şəxslər Dövlət Sərhəd Xidmətinin aviadəstəsinin onurğa sütünü idi. Onların yerinə yenilərinin yetişdirilməsi çox zaman alacaq. O itkilərin altından DSX çox çətin çıxacaq. Helikopterlər aviabazada duracaq, onları havaya 10 pilot qaldırmalı idi, indi qaldıracaq iki pilot (rəqəmlər nisbidir). İtkimiz çox ağırdır”.

Səxavət Məmməd

www.yenicag.az

389
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv