!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Banka hücum edən silahlı şəxsdən xəbər var - Girov götürülən 12 nəfər... - FOTO / VİDEO - YENİLƏNDİ

!Reklam – Yazi

Gürcüstanın Kutaisi şəhərində “Bank of Georgia”nın yerli filialına silahlı hücum edən şəxs həbs edilib.

Girov götürülən 12 nəfər xilas edilib.

Bankın yerləşdiyi küçədə nəqliyyatın hərəkəti bərpa olunub.

***

14:52

Kutaisidə “Gürcüstan Bankı”nda 12 nəfəri girov götürən şəxs ofisin daxilində partlayıcı yerləşdirdiyini sübut edən kadrları sosial şəbəkədə yayıb.

“Burada bombalar qoymuşam, qapı açılan kimi partlayacaq, – adam deyir.

Girovlardan biri isə deyir: “Onun üstündə saniyəölçən də var, o, zarafat etmir”.

Qarətçinin tələblərin yerinə yetirilməsi üçün qoyduğu vaxtın bitməsinə 30 dəqiqə qalıb.

***

13:42

Gürcüstanın Kutaisi şəhərində maskalı silahlı şəxs yerli banklardan birinə hücum edib.

O, bankdakı insanları girov götürüb.

Bu barədə Gürcüstanın “Mtavari Arxi” telekanalı məlumat yayıb.

Mənbənin məlumatına görə, naməlum şəxs həm müştərilər, həm də qurumun əməkdaşları da daxil olmaqla 10-a qədər adamı girov götürüb.

Hadisənin şahidləri bildiriblər ki, bank binasının yaxınlığında silah səsləri eşidilib. Şahidlərdən birinin sözlərinə görə, hücum edən şəxsin iki milyon pul tələb etdiyini eşidib, ancaq valyuta barədə dəqiq məlumat verilmir.

Hazırda hüquq-mühafizə orqanları girovların azad edilməsi üçün xüsusi əməliyyat keçirir./Oxu.az/

www.yenicag.az

526
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv