!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Kipr prezidenti: “Bakıda olduğum üçün çox qürurluyam”

!Reklam – Yazi

“Bakıda olduğum üçün çox qürurluyam”.

Yenicag.az xəbər verir ki, bunu Şimali Kiprin Prezidenti Ersin Tatar Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət və Təqdimat Günləri çərçivəsində təşkil olunan sərgidə çıxışı zamanı deyib.

O, Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi üçün Bakıya səfərinin çox böyük önəm daşıdığını söyləyib:

“Şimali Kipr hələ də mübarizəsini davam etdirir. Kiprin türk xalqı bütün sahələrdə sanksiyalara məruz qalıb. Bu sanksiyalara qarşı xalqımızın göstərdiyi dirəniş təqdirəlayiqdir. Azərbaycan da müstəqilliyi üçün çox şəhidlər verib, çox mübarizələr aparıb. Qarabağdakı zəfər qardaşlarımızın gücünü bir daha bütün dünyaya göstərdi”.
E.Tatar bildirib ki, bu gün də mədəniyyət, incəsənət şəhəri olan Bakıdadır:

“Mən də bu gözəl şəhərdə olduğum üçün çox qürurluyam”./report

www.yenicag.az

171
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv