!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Kipr rəsmisi: "Türk dünaysının ortaq acısı olan bu fəlakət..." - VİDEO

!Reklam – Yazi

Aprelin 5-də Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş nazirinin müavini, Turizm, Mədəniyyət, Gənclər və Ətraf Mühit Nazirliyinin müşaviri Sərxan Aktunc Azərbaycan media nümayəndələri üçün mətbuat konfransı keçirib.

Yenicag.az xəbər verir ki, mətbuat konfransından əvvəl Şimali Kipr Türk Cumhuriyyətinin turizm potensialı ilə bağlı tanıtım filmi təqdim olunub.

Çıxış edən Sərxan Aktunc Türkiyədə baş verən zəlzələ qurbanlarının xatirəsini anıb, bu fəlakətin türk dünaysının ortaq acısı olduğunu vurğulayıb.

Azərbaycanla ŞKTC arasında ikitərəfli əlaqələrdən danışan Baş nazirin müavini qeyd edib ki, iki ölkə arasında yeni əməkdaşlıq perspektivləri yaranıb ki, bunlardan turizm və iqtisadiyyat sahələri daha ön plandadır.

“Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) səfər edən azərbaycanlıların sayı kifayət qədər azdır”.

Türkiyədən sonra ölkəsini ən çox dəstəkləyən dövlətin Azərbaycan olduğunu bildirən Aktunc digər türk ölkələrinin də ŞKTC-ni dəstəkləyəcəyinə ümid etdiyini söyləyib. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi zəfərə də toxunan müşavir bu qələbəni dərindən hiss etdiklərini bildirib.

“Üç dövlət tək millət olaraq hər zaman kədərimiz də, sevincimiz də birdir. Bu baxımdan qardaşlarımızla münasibətlərimizi daha da dərinləşdirmək istəyirik. Pandemiyadan öncə 2019-cu ildə ŞKTC-yə cəmi 6 min nəfər səfər edib. Ölkələrimiz arasındakı münasibətləri nəzərə alsaq, bu çox kiçik bir rəqəmdir”.

Sərxan Aktunc qardaş ölkələr arasında əlaqələrin daha da inkişaf edəcəyinə ümid bəslədiyini vurğulayıb.

“Hesab edirəm ki, ŞKTC-də hər təbəqədən insanın istirahət etməsi üçün imkanlar var. Eyni zamanda 19 apreldən yenidən ŞKTC-nə səfərlər bərpa olunacaq və biletlərin qiymətinin daha münasib olması nəzərdə tutulur” -, S. Aktunç vurğulayıb.

Konfrans jurnalistlərin suallarının cavablandırılması ilə davam edib.

 

www.yenicag.az

295
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv