!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şimali Kipr Türk Cümhuriyyətinin tanınması yolunda əldə edilən bu uğurun...” – ŞKTC-nin xarici işlər naziri

!Reklam – Yazi

“Ortaq tarixə, mədəniyyətə və köklərə malik olan (Türk Dövlətləri Təşkilatı) TDT ölkələrinə göstərdikləri bu həmrəyliyə görə ŞKTC adından, öz adımdan sonsuz təşəkkürlərimi çatdırıram”.

Yenicag.az xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə ölkənin bu quruma müşahidəçi qismində üzv seçilməsini dəyərləndirib.

Tahsin Ertuğruloğlu bu qərarı ŞKTC-nin beynəlxalq miqyasda rəsmən tanınması istiqamətində atılan mühüm addım adlandırıb:

“Kıbrıs türk xalqı və Şimali Kipr Türk Cümhuriyyəti üçün bu gün (11 noyabr 2022-ci il) tarixi bir gün olub. ŞKTC-nin elan olunmasının 39-cu ildönümünə dörd gün qaldığı bir ərəfədə onun gündən-günə yüksələn bir güc olan Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzvlüyə qəbul edilməsini coşqu və qürurla alqışlayıram.

ŞKTC-nin TDT-yə müşahidəçi qismində üzvlüyünə doğru aparan prosesin uğurla nəticələnməsi ilə əlaqədar Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyənin Xarici İşlər Nazirliyinə minnətdarlığımı bildirirəm. Bu uğurun əldə olunması üçün zəhmət çəkən, səy göstərən nazirliyimizin əməkdaşlarını da təbrik edirəm.

Dövlətimizin ilk dəfə öz konstitusion adı ilə beynəlxalq təşkilata üzv olması bu tarixi günə xüsusi məna verib. TDT-də müşahidəçi qismində üzvlüyümüzə yönəlik prosesin uğurla yekunlaşması ŞKTC və Türkiyə Cümhuriyyətinin Kipr məsələsində iki dövlət prinsipinə əsaslanan yeni yanaşmanın doğru, real, həmçinin regional və qlobal konyekturaya uyğun olduğunu nümayiş etdirməkdədir.

Ortaq tarixə, mədəniyyətə və köklərə malik olan TDT ölkələrinə göstərdikləri bu həmrəyliyə görə ŞKTC adından, öz adımdan sonsuz təşəkkürlərimi çatdırıram. ŞKTC olaraq TDT-nin təməl prinsiplərinin inkişaf etdirilməsi və ortaq mənafelərimizin təmin olunması üçün bütün imkanlarımızdan istifadə edəcək və aramızdakı əməkdaşlığı, könül birliyini daim gücləndirmək istiqamətində yorulmadan çalışacağıq.

Şimali Kipr Türk Cümhuriyyətinin tanınması yolunda əldə edilən bu uğurun Türk Ulusuna xeyirli olmasını diləyirəm”.

A.Zeynalov

www.yenicag.az

293
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv