!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Kiprin müstəqilliyinin tanınması məsələsi: “Xankəndidəki separatizmi aradan qaldırdıqdan sonra...”

!Reklam – Yazi

“Sadalanan proseslər tamamlandıqdan sonra Şimali Kiprin müstəqilliyinin tanınması üçün heç bir əngəl qalmayacaq”.

Bu sözləri Türkiyə və Şimal Kiprin parlament heyətinin Bakıya səfərini dəyərləndirən siyasi ekspert Asif Nərimanlı Yenicag.az-a açıqlamasında bildirib.

O qeyd edib ki, bu hadisənin konkret baş tutacağı tarixiı demək mümkün olmasa da, yaxın dövrdə reallaşacağı gözlənilir:

“İndiyə qədər prosesin təməl mərhələsi formalaşdı. Bu mövzuda Qarabağın işğalda olduğu müddətə qədər Azərbaycan üçün yeganə problem ola biləcək məsələ separatçıların müstəqillik iddiaları idi. Bu da beynəlxalq ictimaiyyətdə separatçıların tanınmasını aktuallaşdıra bilərdi. Bu səbəbdən mövzu arxa planda qalıb.

44 günlük müharibədən sonra artıq ərazi bütövlüyümüz təmin edilməsi bizi həmin məsələylə bağlı şərtlər formalaşdı. İndi isə Xankəndi məsələsi qalmış olur. Ermənistan tərəfi Xankəndi məsələsində beynəlxalq mexanizmlərin təşkilində maraqlıdır. Həmçinin oradakı əhalinin hüquq və təhlükəsizlik məsələsi adı altında status prinsiplərini irəli sürmək istəyir.

Qərbdə də bu məsələləri müəyyən qədər dəstəkləyən tərəflər vardır. Fikrimcə, Azərbaycan tərəfi Şimali Kipr Türk Respublikasını tanıyacaq. Konkret tarixi demək mümkün olmasa da, görünən odur ki, bu istiqamətdə işlər yaxın dövrlərdə baş tuta bilər. Lakin öncə bu proses Xankəndidəki separatizmi aradan qaldırdıqdan sonra baş tuta bilər. Orada mərkəzi idarəetməni tam bərpa etdikdən sonra proses reallaşa bilər.

Bütün bunların fonunda isə, Türkiyənin də bu işlərin yekunlaşmasını istədiyini deməyə əsas verir. Sadalanan proseslər tamamlandıqdan sonra Şimali Kiprin müstəqilliyinin tanınması üçün heç bir əngəl qalmayacaq.

Sözügedən məsələləri tam həll etmədən bu addımı atmaq beynəlxalq ictimaiyyətdə Ermənistan və onun havadarlarına Qarabağ məsələsini öz xeyrinə həll etməsinə əsas yarada bilər”.

Yusif Səmədzadə

www.yenicag.az

216
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv