!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Şimali Kiprin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzvlüyü Afinanı da qıcıqlandırıb” – AKP millət vəkili

!Reklam – Yazi

“Ancaq bu davranış Türkiyənin sona qədər eyni mövqedə olacağı anlamına gəlməməlidir”.

Bu fikirləri Yunanıstanın bölgədə vəziyyəti gərginləşdirmək cəhdlərinin mümkün nəticələrini şərh edən Türkiyə Böyük Millət Məclisinin (TBMM) hakim AKP-dən olan deputatı Şamil Ayrım Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkilinin fikrincə, Türkiyə indiki şəraitdə təmkinli davranmağa üstünlük versə də, istənilən təhlükəni anında zərərsizləşdirmək gücündədir:

“Bildiyiniz kimi, Yunanıstanın bölgədə gərginliyi artırmaq cəhdləri yeni deyil və Afina zaman-zaman ABŞ, eləcə də Avropanın bəzi ölkələrinin təhriki ilə regionda sabitliyi pozmağa çalışır. Yunanıstanın Egey dənizindəki adaları silahlandırmaq və dəniz sərhədlərini irəli çəkmək qərarı da bu fəaliyyətin tərkib hissəsidir.

Türkiyə istər prezident, istərsə də müdafiə naziri səviyyəsində bu cəhdlərin doğuracağı ağır nəticələrlə bağlı Yunanıstana xəbərdarlıq edib. Bəli, Türkiyə Yunanıstanın bu addımlarına yönəlik öz təmkinini pozmur. Ancaq bu davranış Türkiyənin sona qədər eyni mövqedə olacağı anlamına gəlməməlidir.

Fikrimcə, beynəlxalq arenada Cənubi Kiprlə sinxron hərəkət edən Yunanıstan Şimali Kiprin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində üzv qəbul olunmasından son dərəcə qıcıqlanıb. Ona görə də Türkiyəni bu və ya başqa yolla provokasiyaya çəkməyi hədəfləyib.

Türkiyə isə regionda baş verənləri diqqətdə saxlamaqdadır. Bizim başqa ölkələrin torpaqlarında gözümüz yoxdur. Ancaq bizə qarşı qurulacaq istənilən tərtibi pozmaq üçün gərəkən addımları qətiyyətlə atacağıq. Bunu Yunanıstanda da çox yaxşı anlayırlar. Bu baxımdan, hesab edirəm ki, Afina nəticədə bu təhrikçi addımlarına son verəcək”.

A.Zeynalov

www.yenicag.az

326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv