!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Koreya HƏMAS-ın taktikası ilə Cənubi Koreyaya HÜCUM EDƏCƏK

!Reklam – Yazi

Şimali Koreya HƏMAS taktikasından istifadə edərək Cənubi Koreyaya mümkün hücuma hazırlaşır.

Yenicag.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Yonhap News nəşri məlumat yayıb.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin parlamentə hesabat təqdim edib. Həmin hesabata görə, Şimali Koreya hazırda Fələstinin Həmas qruplaşmasının İsrailə hücumunda artıq döyüşdə sınaqdan keçirdiyi taktikalardan istifadə edərək, gözlənilməz hücuma başlamaq ehtimalı üçün fəal şəkildə hazırlaşır.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Kan Şin-çeol HƏMAS-ın İsrailə hücumunu təhlil etdikdən sonra deyib:

“İlkin qiymətləndirməyə görə, HƏMAS-ın gözlənilməz əməliyyatı uğurlu alınıb. İsrail qısa müddət ərzində minlərlə raket zərbəsinə məruz qalıb. Dəmir Qübbə müdafiə sistemi minimal effektivlik nümayiş etdirib”.

O, İsrailin sərhəd təhlükəsizliyi sisteminin zərərsizləşdirildiyini, hətta Mossad kimi kəşfiyyat xidmətlərinin belə qəfil hücumu proqnozlaşdıra bilmədiyini də vurğulayıb.

Kan bildirib ki, HƏMAS-ın taktikalarından, o cümlədən qabaqcıl müdafiə sistemlərində zəiflikləri üzə çıxaran qəfil hücumundan Şimali Koreyanın faydalana biləcəyi real ssenaridir. O, həmçinin Şimali Koreyanın sərhəd bölgələrini ələ keçirə və danışıqlar aparmaq üçün insanları girov götürə biləcəyini təklif edib.

O qeyd edib ki, Şimali Koreyanın gözlənilməz hücumuna qarşı uzun mənzilli artilleriya və dronlardan istifadə edilə bilər.

Onun sözlərinə görə, quru, dəniz və ya hava yolu ilə sızan bölmələr qabaqcıl baza müdafiə sistemləri, inteqrasiya olunmuş müdafiə əməliyyatları, dəniz əleyhinə Xüsusi Əməliyyat Qüvvələrinin əməliyyatları və vahid hava hücumundan müdafiə sisteminin köməyi ilə məhv edilə bilər.

Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri əmindir ki, Şimali Koreyadan böyük bir pilotsuz təyyarə hücumu olsa belə, birgə hava hücumundan müdafiə əməliyyatları sayəsində onları aşkar etmək, müəyyən etmək və vurmaq olar.

Xuraman Etibarlı

www.yenicag.az

191
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv