!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Koreya orbitə kəşfiyyat peyki çıxardı

!Reklam – Yazi

İlk kəşfiyyat peyki olan Mulliqön-1″in orbitə çıxarılması KXDR-də kosmik sənayenin inkişafında yeni eranın başlanğıcı olub.

Yenicag.az KCNA-ya istinadla xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen In Aerokosmik Texnologiyalar üzrə Dövlət Baş İdarəsinin alimləri, mühəndisləri və əməkdaşları ilə görüşündə deyib.

Noyabrın 21-də Şimali Koreya “Mulliqön-1” kəşfiyyat peyki ilə birlikdə “Çollima-1” daşıyıcı raketini orbitə çıxarıb. Buraxılış uğurlu olub və qurğu orbitə çıxarılıb. Şimali Koreya bundan əvvəl may və avqust aylarında iki dəfə kəşfiyyat peykini buraxmağa cəhd etsə də, hər iki cəhd uğursuzluqla nəticələnib.

Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri də Pxenyanın ilk kəşfiyyat peykini orbitə çıxarmağa müvəffəq olduğunu açıqlayıb. Bununla belə, Seulun fikrincə, peykin normal işlədiyini müəyyən etmək üçün vaxt lazımdır.

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv