!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Koreyadan Rusiyaya ZƏRBƏ: “Tsirkon” hipersəs raketinin istehsal proqramı SINDIRILDI

!Reklam – Yazi

Şimali Koreyalı hakerlər Rusiyanın “Tsirkon” hipersəs raketinin istehsal proqramını sındırıblar.

Yenicag.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Şimali Koreyadan olan hakerlər ballistik və qanadlı raketlər, o cümlədən hipersəs raketləri və kosmik peyklər istehsal edən Rusiyanın “NPO Maşinostroeniya” korporasiyasının kompüter şəbəkələrinə hücum ediblər.

Söhbət naməlum haker mənbəsindən əldə edilən, faktı təhlükəsizlik ekspertləri tərəfindən təsdiqlənən sübutlara aiddir.

“Reuters” agentliyinin məlumatına görə, 2021-ci ildə KXDR hakimiyyəti ilə əlaqəli “elit haker komandaları”, xüsusən ScarCruft və Lazarus baş qərargahı Moskva yaxınlığındakı Reutovda yerləşən “NPO Maşinostroeniya”nın sistemlərinə gizli şəkildə casus proqramlar daxil edib.

Aylar sonra Pxenyan ballistik raketlərin yaradılması proqramında bir sıra irəliləyişlər əldə etdiyini açıqladı. Eyni zamanda, bunun haker hücumu nəticəsində əldə edilən hər hansı məlumatdan istifadə ilə bağlı olub-olmadığı aydın deyil.Ekspertlər hesab edir ki, bu, Moskva ilə yaxın münasibətlərinə baxmayaraq, Pxenyanın müraciət etdiyi haker hücumu olub.

Hakerlər 2021-ci ilin sonundan 2022-ci ilin may ayına qədər “NPO Maşinostroeniya”nın şəbəkələrinə giriş əldə ediblər. Rusiya şirkəti və Rusiya və Şimali Koreyanın BMT missiyaları sorğusulara cavab verməyib.

Qeyd edək ki, Taktik Raketlər Korporasiyasına daxil olan “NPO Maşinostroeniya”, xüsusən də “Tsirkon” hipersəs raketinin yaradıcısıdır.

Məsimə

www.yenicag.az

398
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv