!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şimali Qafqaz yəhudilərinə ULTİMATUM: “Həftənin sonuna qədər vaxtınız var!” - FOTO

!Reklam – Yazi

Şimali Qafqaz yəhudilərinə ultimatum verildi: “Həftənin sonuna qədər vaxtınız var!”

Yenicag.az xəbər verir ki, son iki gündə YouTube və Teleqram kanallarında Abakar Abakarov tərəfindən lentə alınan ultimatum yayılıb. Abakar Abakarov Şimali Qafqaz yəhudilərinə videomüraciət edib.

Abakarov “Səhər Dağıstan” Teleqram kanalının administratoru hesab olunur. Rusiya hakimiyyətinin məlumatına görə, bu media resursu oktyabrın 29-da Mahaçqala hava limanında iğtişaşların təşkili üçün istifadə edilib. O zaman izdiham gecə İsraildən gələn təyyarənin sərnişinlərinə hücum edib.

İndi isə Abakarov Şimali Qafqaz yəhudilərinə belə bir ultimatum irəli sürüb:

“Mən Qafqazdakı bütün yəhudi təşkilatlarına müraciət edirəm. Bu həftənin sonuna qədər vaxtınız var. Həftənin sonuna qədər mövqeyinizi eşitməliyik. Ya usursunuz, susmaq Fələstin mülki əhalisinin qətlinə dəstək verməkdir, ya da çıxıb qınayırsınız! Bilmək istəyirik: kiminlə yaşayırıq, kim yanımızdadır, kimə ərzaq satırıq, kimi taksiyə mindiririk, kiminlə gülümsəyərək salamlaşırıq. Mövqeyinizi bilmək istəyirik! Bu həftənin sonuna qədər vaxtınız var”.

Qeyd edək ki, Dağıstan əsilli iki ən nüfuzlu sələfi fiqurundan biri, Mahaçqala hava limanında keçirilən nümayişlərə dəstək verən Əbu Ömər Sasitlinski noyabrın 12-də İsraildə yaşayan və orada orduda xidmət edən Qafqazdan olan yəhudilərlə ora getməyən tayfa soydaşları arasında fərq qoyduğunu bildirib.

“Tatlar, yəhudilər, dağıstanlılar İsrailə getdilər, İsrail vətəndaşlığını aldılar, orduda xidmət etdilər. Və əgər onlar orduda xidmət ediblərsə, deməli, onlar Fələstinin işğalında iştirak ediblər, nizami orduda olublar, postlarda olublar… Sonra da bu çirkli əllərlə Dağıstana qayıtmaq istəyirlər. Bunlar sionistlərdir, bizə Dağıstan ərazisində israillilər lazım deyil.

Əvvəldən Dağıstan ərazilərində yaşayan yəhudilərə biz toxunmuruq. Heç bir yəhudi zərər görməyib. Sionistlərin, orduda xidmət etmiş israillilərin Dağıstana qayıtmasına ehtiyac yoxdur, elə orada qalın”, – Sasitlinski vurğulayıb.

Xuraman Etibarlı

www.yenicag.az

230
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv