!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Simonyan Hikmət Hacıyevin bəyanatına rəy bildirdi

!Reklam – Yazi

Demarkasiya və delimitasiya prosesi uzun müddət çəkə bilər. Mən istisna etmirəm ki, bu variant Ermənistan üçün məqbul ola bilər.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan Milli Məclisin sədri Alen Simonyan deyib.

O, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sülh müqaviləsinin demarkasiya məsələsinin müzakirədən ayrılması ilə bağlı bəyanatını şərh edib:

“Düşünürəm ki, bu iş tərzini qəbul edə bilərik, çünki bu, daha uzun, hətta illər çəkə bilər. Həqiqətən, sülhə doğru gedən ölkə belə şeylərdə heç bir maneə görməyəcək. Bəzi məsələləri həll etdikdən, sülh müqaviləsi imzaladıqdan sonra, cəmiyyətləri sülh və əmin-amanlıq mühitinə gətirdikdən sonra oxşar şeylər ola bilər, amma bu, mənim fikrimdir”.

A. Simonyandan bunun yeni problemlər yarada biləcəyini soruşduqda, Milli Məclisin sədri belə cavab verib: “Ona görə dedim ki, əgər dövlət sülhə doğru gedirsə, onda biz 3 sülh müqaviləsi imzalaya,3 saat sonra bir-birimizə hücum edə bilərik. Demarkasiya və delimitasiya prosesi həqiqətən də çox uzun vaxt apara bilər”.

www.yenicag.az

106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv