İyunun 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60% təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20° isti, gündüz 28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Yenicag.az