!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sinan Akçıldan ETİRAF: “Həyat yoldaşım geyindiyi gəlinliyi bəyənmədim, bu cür açıqlığın əleyhinəyəm" - FOTO

!Reklam – Yazi

“Keçmiş həyat yoldaşım Burcu Kıratlının Amsterdamda geyindiyi gəlinlikdən çox rahatsız oldum. Həyatımdakı qadınlarda belə açıqlığın əleyhinəyəm”.

Yenicag.az Türkiyə mediasına istinadla xəbər verir ki, Ceyda Düvencinin aparıcılıq etdiyi televiziya proqramında qonaq olan müğənni Sinan Akçıl şəxsi həyatı ilə bağlı açıqlamalar verib. Aktrisa Burcu Kıratlı ilə iki dəfə ailə quran Akçıl boşanmaq istədiyini və Kıratlının ilk toyunda geyindiyi gəlinlikdən narahat olduğunu bildirib.

Müğənni Burcu Kıratlı ilə iki dəfə evlənib boşanmasının səbəbini açıqlayıb:

“Eyni adamla iki dəfə evləndim. Biri 5 ay, digəri 8 ay davam etdi. İlk dəfə boşanmaq istədim, o, çox gözəldir. Bir gün fotosunu gördüm, qızın üzünə baxdım. Çox gözəldir. Dedim ki, nə gözəl qızdır. Evləndim. Yaxşı qızdır, Burcu. Boşanmaq istəyirdim və boşandım.Amma boşandıqdan sonra qəribə bir həsrət hiss etdim, bu qızla yenidən evlənməli olduğumu söylədim. Plan qurdum, 12 gündən sonra həll etdik, dostlarımın sayəsində… Yalandan banket təşkil etdim, onu da götürdüm, gəmiyə mindirdim, qaçırdım, oteldə yer sifariş etdim, səhərə qədər orada danışdıq, sonra yenidən görüşməyə başladıq. Dedi. çölə çıxmayaq, gəl evlənək, düz deyirdi”.

Akçıl Burcu Kıratlının 2018-ci ildə Amsterdamda toy mərasimində geyindiyi dekolteli gəlinlikdən danışıb:

“Mən mühafizəkar adamam. Keçmiş həyat yoldaşım Burcu Kıratlının Amsterdamda geyindiyi gəlinlikdən çox rahatsız oldum. Toy gününə qədər gəlinliyi görməmişdim. Bu mənim üçün çox açıq paltar idi. Həyatımdakı qadınlarda belə açıq-saçıqlığın əleyhinəyəm.
Lakin onunla anlar yaşadıq. Yaşadığım heç nəyə peşman deyiləm”.

 

Xuraman Etibarlı

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv