!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Sinan bəy ilə aramızda bazarlıq qətiyyən olmadı" - Ərdoğan Oğanın dəstəyindən danışdı

!Reklam – Yazi

Türkiyə Prezdenti Rəcəb Tayyib Ərdoğan ATA İttifaqının namizədi Sinin Oğanın prezident seçkilərinin ikinci turunda “Cumhur” İttifaqına dəstəyini dəyərləndirib.

Yenicag.az xəbər verir ki, Ərdoğan Sinan Oğan ilə aralarında heç bir bazarlıq edilmədiyini söyləyib.

“Sinan bəy bizim terrorla mübarizə, türk dünyası ilə münasibətlər başda olmaqla, vətənimizin əbədiliyi baxımından qəti tutumumuzu çox yaxşı bilir. Bu güc birliyinin millətimizə və ölkəmizin faydasına olacağına inanıram”, – deyə Ərdoğan qeyd edib.

Xatırladaq ki, ATA İttifaqının prezidentliyə namizədi Sinan Oğan seçkilərin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bəyan edib.

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv