Sinan Burhan: “Azərbaycanın Türkiyədəki elçiləri olacağıq”

“Forumda bir tərəfdən 15 iyul dövlət çevrilişi barəsində informasiya veririk, digər tərəfdən də Azərbaycan Cümhuriyyətinin 100-cü il dönümünü qeyd edirik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Anadolu Yayımçılar Dərnəyinin sədri Sinan Burhan Bakıda iyulun 21-də baş tutan Beynəlxalq Media Forumunda iştirak edən zaman deyib.

Azərbaycan mətbuatının 143 illiyini təbrik edən Sinan Burhan bildirib ki, Azərbaycanda baş verən hadisələr daima Türkiyənin diqqətindədir:

“Azərbaycanla Türkiyə qardaş ölkədir. Bizlər də bu qardaşlığı daha da dərinləşdirəcəyik. Mədəniyyət, turizm, iqtisadiyyat sahəsində müxtəlif layihələrimiz olacaq. Media olaraq bizim görəcəyimiz iş azərbaycanlı qardaşlarımızın bizi sevdiyini, bizim də onları sevdiyimizi çatdırmaqdır. Türkiyədəki qardaşlarımız da Azərbaycanı yaxından tanımalıdır”.

Sinan Burhan qeyd edib ki, Türkiyədə bəzən Azərbaycanla bağlı səhv, qeyri-dəqiq xəbərlər yazılır:

“Biz Anadolu Yayımçılar Dərnəyi olaraq Azərbaycanın gerçək üzünü Türkiyəyə tanıdacağıq. Azərbaycanın Türkiyədəki elçiləri olacağıq. Bugünkü Beynəlxalq Media Forumunda iştirakımızın səbəbi də budur”.

Səxavət Məmməd

COP29