!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sinan Oğan ikinci turda kimi dəstəkləyəcək? - Zaur Bayramlının yazısı

!Reklam – Yazi

Sinan Oğan əgər ikinci tur üçün mövqe müəyyən edəcəksə və tərəflərdən birinə dəstək verəcəksə, bu tərəfin Ərdoğan olacağını və yaxud da olmalı olduğunu düşünürəm.

NİYƏ?

– Sinan Oğana səs verən 5,2 % ağlı başında insanlardır və Sinan Oğana kölə kimi tabe olan müridlər deyillər ki, onun bir sözü onlar üçün əmr mahiyyətində olsun. Belə ki, onun hətta Kılıçdaroğlunu dəstəkləyəcəyi təqdirdə belə, həmin seçicilərin tamamının Kılıçdaroğluna səs vermələri mümkün deyil;

– “Nə Kandil dağı, nə domuz bağı” sloqanının sahibi olaraq iki variantdan birini seçməli olacağı halda bunun Kandil dağı tərəfi deyil, “domuz bağı” tərəfi olacağı qənaətindəyəm. Kandil dağını təmsil edən qrup – PKK terror təşkilatının siyasi uzantısı olan HDP (Yaşıl Sol Partiya) məclisdə 60 civarında, “domuz bağı”nı təmsil edən qrup – HüdaPar isə cəmisi 3 millət vəkili ilə təmsil olunacaq. 60 vəkillə təmsil olunan qrupun Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə, onun üzərində təsiri çox böyük, 3 vəkillə təmsil olunan HüdaPar-ın Ərdoğan üzərindəki təsiri isə çox kiçik olacaq, hətta heç olmayacaq da deyə bilərik.

Ayrıca, PKK terror təşkilatının türk millətinə vurduğu zərbə, “Hizbullah” terror təşkilatının siyasi uzantısı olan HüdaPar-ın vurduğu zərbədən qat-qat çoxdur. Yəni sayın Oğan iki pisdən daha az pis olanını tərcih edəcək;

– Sinan Oğanın Azərbaycan xalqı, dövləti və iqtidarı ilə çox gözəl münasibətlərinin olduğu heç kim üçün sirr deyil. Bu durumda, Azərbaycana real dəstəyi ilə Azərbaycan xalqının böyük əksəriyyətinin rəğbətini qazanan Ərdoğanı deyil, seçkiöncəsi Azərbaycansız İpək Yolu kimi uğursuz bir layihə açıqlayaraq azərbaycanlıların və Azərbaycan dövlətinin haqlı təpkisini qazanan Kılıçdaroğlunu tərcih etməsi durumunda həm Azərbaycan dövləti tərəfindən mümkün dəstəyini itirər, həm də Azərbaycan xalqının nəzdindəki sevgisinə xələl gələ bilər;

– Ərdoğana dəstək həm də “Cumhur” İttifaqına dəstək sayıldığı üçün Sinan Oğan bu gedişi ilə “Cumhur” İttifaqının ikinci böyük ortağı olan MHP üzvlərinin rəğbətini qazanar ki, bu rəğbət ona postBaxçalı dövrü üçün hava və su qədər önəmlidir.

Yuxarıda sadaladığım və sadalamağı indilik uyğun görmədiyim bir çox nədənlərdən dolayı, Sinan Oğanın ikinci turda sayın Ərdoğanı dəstəkləyəcəyini düşünürəm.

www.yenicag.az

452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv