!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Sinan Oğanın ikinci turda “tərəzi”nin hansı gözünü ağırlaşdıracağını təxmin etmək...” – Keçmiş nazir

!Reklam – Yazi

“İkinci turda Sinan Oğanın namizədlərdən hansını dəstəkləməsi həlledici xarakter daşıya bilər”.

Bu fikirləri Türkiyədə ötən gün keçirilmiş prezident seçkilərinin bbirinci turunda 5 faiz civarında səs toplayan Azərbaycan əsilli siyasətçi Sinan Oğanın ikinci tura keçmiş namizədlərdən hansını dəstəkləyə biləcəyi haqda danışan sabiq maliyyə naziri Saleh Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Keçmiş nazirin fikrincə, Sinan Oğanın ikinci turda kimə dəstək verəcəyi aparılacaq danışıqlardan asılı olacaq:

“Türkiyədə ötən gün keçirilmiş seçkilərin necə böyük əhəmiyyət daşıdığını izah etməyə ehtiyac yoxdur. Bir müddət Türkiyədə fəaliyyət göstərdiyim üçün oranın həm iqtidarı, həm də müxalifəti ilə kifayət qədər yaxın əlaqələrim var. Ona görə də deyə bilərəm ki, bu düşərgələrin hər birinin ayrı-ayrılıqda Azərbaycana münasibəti çox yaxşıdır.

Sinan Oğana gəldikdə isə o, həqiqətən də, bu çətin rəqabətdə özünü göstərməyi bacardı. Elə bir vəziyyət yaranıb ki, ikinci turda Oğanın namizədlərdən hansını dəstəkləməsi həlledici xarakter daşıya bilər. Onun kimi dəstəkləyəcəyini ideoloji planda nəzərdən keçirsək, Oğan milliyyətçidir, sağçıdır. Bu səbəbdən, Ərdoğanı dəstəkləmək ehtimalı yüksəkdir.

Ancaq Oğanın nə qərar verəcəyini, “tərəzi”nin hansı gözünü ağırlaşdıracağını təxmin etmək üçün bir az gözləmək lazımdır. Hər halda, onun ikinci turda kimə dəstək verəcəyi aparılacaq danışıqlardan asılı olacaq. Bununla belə, ideoloji faktorun onun qərarına təsir göstərəcəyini söyləmək mümkündür”.

A.Zeynalov

www.yenicag.az

385
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv