!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sinəsinə övlad dağı çəkilən Xalq artisti: “Bacıları naxələf çıxdı” – Əməkdar artist

!Reklam – Yazi

“Onun üçün çox darıxıram. Həyatımda onun boşluğunu heç kim doldura bilmir. Çox istəyirəm ki, yuxuma girsin, amma yuxularıma gəlmir. Yəqin ki, ruhu rahatdır”.

Bunu bu gün doğum günü olan mərhum Xalq artisti Nuriyyə Əhmədova ilə bağlı xatirələrini bölüşərkən Əməkdar artist, aktrisa Nahidə Orucova Yenicag.az-a açıqlamasında deyib.

O, yaxın rəfiqəsi olan Nuriyyə Əhmədovanı yad edərək kövrəlib:

“Nuriyyə hər zaman mənim yanımda olub. Çox əziyyətli günlər yaşaıb. Evi yox idi, kirayələrdə qalırdı.

Çox diqqətcil insan idi, hamının dərdini öz dərdi bilirdi. O mənə anadan, bacıdan artıq olub. Bacılarına, ailəsinə qarşı da çox diqqətli, canıyanan idi. Prezident təqaüdünə alan kimi doğmalarına xərcləyirdi. Onları xəstəxanaya aparırdı, dərmanlarını alırdı, bütün problemlərini həll edirdi. Amma özü çətin durumda idi.

Təəssüflər olsun ki, bacıları onun qədrini bilmədi. Bacıları da, qardaşları da ona qarşı naxələf çıxdılar, onun əməyini itirdilər. Yadıma düşəndə göz yaşlarımı saxlaya bilmirəm.

Çox qəribə, acınacaqlı taleyi var idi. Sinəsinə övlad dağı çəkilmişdi. Övladlarının itkisi onun qəddini bükdü, sinəsinə dağ çəkdi. Bəlkə də sənəti olmasaydı, Nuriyyə dözməz, o itkiləri yaşadığı vaxt dünyadan köçərdi. Amma sənəti ona çox kömək etdi. Ən ağır günlərində Vaqif Mustafayevin filminə çəkildi. O, dərdini belə ovudurdu. Heyf, aramızdan vaxtsız getdi. Bu gün onun yeri həm kinomuzda görünür, həm də mənim ürəyimdədir”.

Cəvahir

www.yenicag.az

2172
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv