!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sinif yoldaşlarına “son zəng”, ona isə sifariş zəngi çalındı: Vüsal gündəm olan fotosundan danışdı - VİDEO

!Reklam – Yazi

Dünəndən sosial şəbəkələrdə bir foto geniş müzakirə mövzusuna çevrilib.

Xezerxeber.az xəbər verir ki, söhbət boynunda məzun lenti, iş mopedi ilə gündəm olan fotonun qəhrəmanı Vüsaldan gedir.

Həmin gün Vüsal aidiyyəti üzrə erkən saatlardan iş başında idi, biləndə ki, məktəblərində son zəng çalınır son dəfə 9-cu sinifədək oxuduğu məktəblə, sinif yoldaşları ilə görüşüb sağollaşmaq istəyib.

Vüsal bildirib ki, heç ağlına da gəlməzdi ki, fotosu paylaşılar və bir gündə bütün sosial şəbəkələrdə gündəmə çevrilər. Həmin fotoya yazılan bəzi şərhlər onu bir az təsirləndirib də.
Vüsal istəsə də, istəməsə də, çalışmağa məcbur olduğunu bildirib. Qəhrəmanımızın 4 bacısı və 1 qardaşı var. 2-si ailəlidir. O, hazırda 2 bacısı, qardaşı və anası ilə birgə yaşayır. Qardaşı da onun kimi kuryer işləyir.

Atası onları Vüsal 6 yaşında olanda tərk edib və o gündən bu yana bir dəfə də olsun axtarmayıb. Deyir ki, xəyal qurmaq ağlının ucundan belə keçmir, çünki, buna nə vaxtı var, nə də həvəsi. Tək düşündüyü pul qazanıb ailə üzvlərinə dəstək olmaqdır. Vüsal əvvəllər həkim olmaq istədiyini bildirib.

Daha ətraflı süjetdə:

www.yenicag.az

265
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv