!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siqaretlərin bahalaşması xəbərinə REAKSİYA: “Bu biznes müəyyən şəxslərin əlindədir”

!Reklam – Yazi

“Hökumət tərəfindən hansısa qərarın verilməsi, aksiz rüsumların qaldırılması barədə məlumatımız yoxdur. Bu, biznes qurumlarının öz işidir”.

Bunu Azərbaycanda siqaretlərin qiymətinin yenidən bahalaşması xəbərinə münasibət bildirərkən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Yenicag.az-a açıqlamasında deyib.

Birlik təmsil etdiyi qurama sədri siqaretlərin bahalaşması ilə bağlı məlumatların daxil olduğunu bildirib:

“Siqaretlərin qiymətinin nisbətən qalxması barədə birliyə bir neçə telefon zəngi daxil olub. Lakin hökumət tərəfindən hansısa qərarın verilməsi, aksiz rüsumların qaldırılması barədə məlumatımız yoxdur. Görünür, bu, biznes qurumlarının öz işidir. Məlumdur ki, siqaret biznesi müəyyən şəxslərin əlindədir və onlar karter sövdələşməsinə gedib, istədikləri vaxt qiymətləri qaldıra bilərlər”.

E. Hüseynov qiymət artımını əhalinin sağlamlığı baxımından müsbət qiyətləndirib:

“Azad İstehlakçılar Birliyi olaraq biz siqaretlərin qiymətinin qalxmasının tərəfdarıyıq. Nə qədər siqaretlərə əlyetərliyi azalsa, bir o qədər də əhalinin apteklərə yolu az düşər, sağlamlıq səviyyəsi yüksələr. Təəssüflər olsun ki, ölkədə tütün və tütün məmulutları haqqında qanun 10 ildən artıqdır ki, qəbul olunub. Qanunda dəfələrlə insanların xeyrinə dəyişilik aparılıb, lakin vəziyyət pis olaraq qalır. Siqaretlərin tək-tək, eləcə də təhsil müəssisələrinin yanında satışı davam edir”.

Cəvahir

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv