!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Şirinlik"lə işəgötürmə HALLARI: “Bu zaman günah şəxsin özündədir” - HÜQUQŞÜNAS

!Reklam – Yazi

“İlk öncə işə götürülən şəxs işəgötürənin qanunsuzluqlarına göz yumaraq onunla razılaşırsa, gələcəkdə özünə qarşı istənilən qanun pozuntusuna yol verilə bilər”.

Bunu işçinin hüquqlarının pozulması hallarına münasibətini bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanın Əmək Qanunvericiliyinə görə pulla işə qəbul edilmə məsələsi qanunazidd addımdır:

“Ümumiyyətlə, hər hansı şəxsin işə götürülməsi müqabilində müəyyən maraqların təmin edilməsi, yaxud digər formalarda qarşılığının gözlənilməsi tamamilə Azərbaycan Respublikasının qanunlarına ziddir. İşə götürmə müsahibə, qanunvericilyə əsaslanmış qaydalar çərçivəsində həyata keçirilə bilər.

Nəyinsə müqabilində kimisə işə götürüb bir müddət sonra onu əsassız səbəblə uzaqlaşdırmaq da həmçinin qanunvericiliyin tələblərinə zidd addımdır. İlk öncə işə götürülən şəxs işəgötürənin qanunsuzluqlarına göz yumaraq onlarla razılaşırsa, gələcəkdə özünə qarşı istənilən qanun pozuntusuna yol verilə bilər. Bunun səbəbi isə məhz işə götürülən şəxsin özü ilə bağlıdır.

Bir çox hallarda işəgötürən işçinin hüquqlarını kobud şəkildə pozur. Belə hallarda həmin şəxs ilk öncə müvafiq icra hakimiyyəti orqanına, daha sonra isə mübahisə həllini tapmırsa, məhkəməyə müraciət edə bilər. Bununla o, özünə vurulmuş maddi və mənəvi ziyanın ödənilməsinə nail olar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

349
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv