Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Fuad-LTD” MMC-nin rəhbəri Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Beləliklə, Q.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Q.Məmmədov məhkəməyə əlil arabasında gətirilib.
Xatırladaq ki, Xırdalan şəhərində 400-dən çox vətəndaşa ev sataraq onların pullarını mənimsəməkdə təqsirləndirilən Q.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.