Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Şirkət rəhbərinə 9 il həbs cəzası verildi

1f6cd493-0252-4f9a-8d3c-0f87bdb55a77_292Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən “Fuad-LTD” MMC-nin rəhbəri Qasım Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Beləliklə, Q.Məmmədov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Q.Məmmədov məhkəməyə əlil arabasında gətirilib.

Xatırladaq ki, Xırdalan şəhərində 400-dən çox vətəndaşa ev sataraq onların pullarını mənimsəməkdə təqsirləndirilən Q.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

www.yenicag.az

389