!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şirməmməd Hüseynov vəfat etdi

!Reklam – Yazi

Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Bakı Dövlət Universitetinin mətbuat tarixi və ideoloji iş metodları kafedrasının professoru, Azərbaycan jurnalistikasının görkəmli simalarından biri Şirməmməd Hüseynov bu gün vəfat edib.

Yenicag.az xəbər verir ki, tədqiqatçı alim bu gün 94 yaşında dünyasını dəyişib.

Mərhumla vida mərasimi sabah Bakı Dövlət Universitetində keçiriləcək.

Şirməmməd Hüseynov 1924-cü ildə Şəkidə anadan olub. 1941-1943-cü illərdə müəllimlər institutunun fizika-riyaziyyat fakültəsində təhsil alıb. Daha sonra o, təhsilini 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetində filologiya-jurnalistika şöbəsində, 1950-1954-cü illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Jurnalistika fakültəsinin aspirantura şöbəsində davam etdirib. 1954-cü ildə MDU jurnalistika fakültəsində namizədlik dissertasiyası müdafiə edib. 1954-1961-ci illərdə BDU-nun filologiya fakültəsinin jurnalistika kafedrasının müəllimi, dosent vəzifələrində çalışıb, 1962-1969-cu illərdə həmin fakültənin dekan müavini olub, 1961-1971-ci illərdə BDU-nun jurnalistikanın nəzəriyyə və təcrübəsi kafedrasının dosenti, 1971-1976-cı illərdə BDU-nun Jurnalistika fakültasinin dekanı, 1971-1988-ci illərdə BDU-nun mətbuat tarixi kafedrasının dosenti, 1976-1988-ci illərdə həmin kafedrasının müdiri vəzifəsində işləyib.

1988–ci ildən isə kafedranın professoru idi.

Allah rəhmət eləsin!

www.yenicag.az

2553
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv