!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Sirrozdan əziyyət çəkən aktyor Türkiyəyə aparıldı – SON DURUMU / Xanımından AÇIQLAMA - FOTO

!Reklam – Yazi

Qaraciyər sirrozundan əziyyət çəkən tanınmış aktyor Elvin Ağayev Türkiyənin Ankara şəhərində xəstəxanaya yerləşdirilib.

Bunu Yenicag.az-a açılamasında aktyorun xanımı Elvina Ağayeva bildirib.

O, həyat yoldaşının səhhəti barədə danışıb və bildirib ki, hazırda Elvin əməliyyata hazırlanmaq üçün müalicə kursu keçir:

“Elvinin vəziyyəti qənaətbəxşdir, sadəcə həddən artıq güc itirib. Yenidən əməliyyata hazırlanır. Onun immuniteti nə qədər tez güclənsə, əməliyyat da bir o qədər tez olacaq.

Onu da qeyd edim ki, həqiqətən, ağır və çətin gün keçiririk. Dua etməkdən başqa çarəmiz yoxdur. Biz bura gələndə həkimlər demişdi ki hər günün bir hökmü var, her şeyə hazırlıqlı olun. Demək olar ki, burada yuxu nədir bilmirik. Hamımız Elvinin bir an öncə əməliyyata hazır olmasını gözləyirik və dua edirik. İnşallah ki, tez bir zamanda xoş xəbəri sizə çatdırarıq”.

Cəvahir

www.yenicag.az

2939
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv