!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Şirvanda avtomobil məktəblini vurdu

!Reklam – Yazi

Şirvanda yol nəqliyyat hadisəsi baş verib. Məktəbli piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Yenicag.az-a bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün saat 17 radələrində Şirvan şəhər ərazisində baş verib. Roman Mehdiyev idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman məktəbli Adilə Əliyevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli xəstəxanaya yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti stabildir.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.

www.yenicag.az

157
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv