Sitalçayda partlamamış hərbi sursat aşkarlandı

Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bu gün Sitalçay kəndi ərazisində üç ev və həyətyanı sahəyə baxış keçirib.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, 2 ədəd partlamamış hərbi sursat (PHS), 5 ədəd partlamış-yanmış mərmi qalıqları və 38 kq yandırma aşkar edilərək götürülüb.

Qeyd edək ki, bu il avqustun 27-də Müdafiə Nazirliyinin Xızıdakı N saylı hərbi hissəsinin silah-sursat anbarında partlayış baş verib. Nəticədə 6 nəfər xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

COP29