!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasətçi onlayn iclasa çılpaq çıxdı - VİDEO

!Reklam – Yazi

Sosial Demokrat Partiyasından deputat Alberto-İosif Karayan Rumıniyanın paytaxtı Buxarestdə onlayn yerli şura iclasında çılpaq görünüb.

Yenicag.az xəbər verir ki, o, duşdan təzəcə çıxıb və Zoom konfransı başlayanda yayımı dərhal söndürə bilməyib.

Yerli şuranın deputatlarının çağırış elanı zamanı Sosial Demokrat Partiyasının nümayəndələrindən biri Alberto-İosif Karayanın evində avtomatik olaraq veriliş açılıb ki, onun açıq-aydın bunu heç gözləmədiyi hiss olunur. Kişi duşdan təzəcə çıxıb və həmkarlarının ekranlarında xoşbəxtlikdən yalnız belinə qədər çılpaq görünüb.

Onun efirə çıxmasını həmkarları gülüşlə qarşılayıblar. “Alberto, kameranı söndür”, – deyə qışqırıblar.

“Siz məni eşidirsinizmi? Salam. Mən eşidilirəmmi?” – təəccüblənən deputat nəinki eşidildiyini, həm də yaxşı göründüyünü hələ dərk etmədən soruşub.

Bir neçə saniyədən sonra o, ekranlardan itib və hamı rahat nəfəs alıb. Amma kamera yenidən işə düşüb və çılpaq deputat bəhanə gətirməyə davam edib: “Bağlaya bilmirəm. Çox təəssüf edirəm. Çox soyuqlamışam, amma yayımı necə dayandıracağımı bilmirəm. İnternetə girdim…”

O, daha sonra onlayn görüşə geyinərək qatılıb və baş verənlərə görə üzr istəyib. “Texnologiya bəzən bizimlə oyun oynayır. Təəssüf ki, tələskənliyim məni biabır etdi. Bu xoşagəlməz hadisəyə görə üzr istəyirəm”, – rumıniyalı siyasətçi daha sonra sosial şəbəkədəki səhifəsində yazıb.

www.yenicag.az

352
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv