!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasətçilərin ŞOU PERFORMANSI: “Biri “əjdaha” ilə yayım edir, digəri baş-ayaq dayanmaqla…” – PR mütəxəssisi

!Reklam – Yazi

“Həmin şəxslər bu hərəkətlərini özləri üçün necə əsaslandırırlar, demək çətindir”.

Bu fikirləri Azərbaycanda bəzi siyasətçilərin geniş müzakirəyə səbəb olan qeyri-adi davranışlarını şərh edən Siyasi Texnologiya Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, yerli siyasətçilərin belə hərəkətləri ölkənin daxili siyasi həyatının sönüklüyü ilə bağlıdır:

“Ümumiyyətlə, siyasətçilərin qeyri-ordinar davranışları ilə diqqət mərkəzinə gəlmək cəhdlərinə dünyanın hər yerində rast gəlinir. Bu hərəkətə yol verənlər birbaşa siyasi fəaliyyətləri ilə gündəmdə yer tuta bilmədikləri üçün belə “alternativ” variantlara əl atırlar.

Qeyd etmək istərdim ki, bir sıra dövlətlərdə – Azərbaycanı da buraya aid etmək olar – bu tip siyasətçilərə yönəlik zarafatcıl deyim var: Kim öz sahəsində uğur qazana bilmirsə, siyasətə üz tutur. Nəticədə belə hallarla tez-tez qarşılaşırıq.

Azərbaycanda indi Nemət Pənahlının baş-ayaq dayanması müzakirə olunur. Ondan əvvəl isə deputat-siyasətçilərdən biri “əjdaha” ilə video çəkərək paylaşmışdı. Həmin şəxslər bu hərəkətlərini özləri üçün necə əsaslandırırlar, demək çətindir. Amma, təbii ki, bu davranışlar onlara siyasi xal qazandırmır.

Digər tərəfdən, siyasilərin şou elementlərinə yönəlmələrinin bir səbəbi də ölkənin daxili siyasi həyatının sönüklüyü ilə bağlıdır. Məsələn, təhlilçilər xarici ölkələrdə baş verən ciddi prosesləri şərh etmək üçün geniş material bazası əldə edə bilsələr də, Azərbaycanın daxili siyasi həyatı haqqında bunu demək çətindir”.

A.Zeynalov

www.yenicag.az

434
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv