!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi fəaliyyətin TERROR RİSKİ: “Deputatların və bütün vətəndaşların təhlükəsizliyini təmin etmək üçün...” – MÖVQE

!Reklam – Yazi

“Dövlət siyasi fəaliyyətlə məşğul olan şəxslərin mühafizəsi üçün müəyyən işlər görməlidir”.

Bu fikirləri Milli Məclisin deputatı Fazil Mustafanın terror hücumuna məruz qalmasından sonra dövlət tərəfindən siyasətçilərin mühafizəsinin təşkilinin vacibliyi haqda danışan Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin fikrincə, bu məqsədlə dövlətin əlavə təhlükəsizlik tədbirləri hazırlayıb həyata keçirməsi zəruridir:

“Dövlət yalnız deputatların və siyasi liderlərin deyil, hər bir vətəndaşın təhlükəsizliyinə təminat verir və bu məsələ Konstitusiyada da öz əksini tapıb. İndiki halda hesab edirəm ki, dövlət siyasi fəaliyyətlə məşğul olan şəxslərin mühafizəsi üçün müəyyən işlər görməlidir.

Doğrudur, bir müddət əvvəl özünümüdafiə məqsədilə deputatlara silah gəzdirmək hüququ nəzərdə tutulmuşdu. Əgər deputata silahlı hücum təşkil edilirsə və o yaralanırsa, bu, terror aktıdır. Bu o deməkdir ki, dövlət gələcəkdə digər deputatların və bütün vətəndaşların təhlükəsizliyini təmin etmək üçün başqa tədbirlər görməlidir.

Bu, post-patrul xidmətinin gücləndirilməsi və əldə olan qanunsuz silahların yığılması formasında həyata keçirilə bilər. Düzdür, bu sahədə müəyyən işlər həyata keçirilsə də, görünür, əhalidə hələ də silahlar var. Xatırladım ki, bu yaxınlarda bir neçə yerdə də atışma qeydə alınmışdı. Ona görə də dövlətin əlavə təhlükəsizlik tədbirləri hazırlayıb həyata keçirməsi zəruridir”.

A.Zeynalov

www.yenicag.az

311
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv