!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Siyasi mühitin “divan partiyaları”ndan təmizlənməsi üçün...” - MÖVQE

!Reklam – Yazi

“Real gücə malik olan partiyalar qalmalıdırlar və siyasi mühitdə də onlar rəqabət aparmalıdırlar”.

Bu fikirləri ölkənin siyasi mühitinin gələcəyi ilə bağlı vəziyyəti dəyərləndirən professor Məhərrəm Zülfüqarlı Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, mövcud vəziyyətdə psevdopartiyalar siyasi mühitin normallaşmasına imkan vermirlər:

“Səhv etmirəmsə, ölkədə altmışa yaxın qeydiyyatdan keçmiş partiya var. Çox təəccüblüdür ki, ötən dönəmlərdə hakimiyyət siyasi partiyaların qeydiyyat məsələsində, belə demək mümkünsə, ürək açıqlığı nümayiş etdirib.

Amma yeni qanunun qəbulundan sonra vəziyyət dəyişib. Artıq siyasi partiyanın təsis olunması üçün əlli nəfərin, dövlət qeydiyyatına alınması üçün isə beş min nəfərin siyahısı təqdim olunmalıdır.

Əgər bu proses obyektiv aparılarsa, mövcud partiyaların çoxu sabun köpüyü kimi sıradan çıxacaq. Çünki onların əksəriyyəti sədrdən və onun “papka”sından ibarətdir. O “liderlər” çox odlu-alovlu danışsalar da, reallıqda hər hansı partiyalarının olduğunu söyləmək mümkün deyil.

Bu vəziyyət vaxtilə bir çox postsosialist ölkələrdə də olub. Mən təqribən on beş il əvvəl Polşada olanda gördüm ki, belə təşkilatlara “divan partiyası” deyirlər. Yəni bir divana sığışan partiya…

Mənə belə gəlir ki, mövcud partiyaların saf-çürük edilməsinə böyük ehtiyac var və bununla Azərbaycan siyasətini böyük saxtakarlıqdan təmizləmək lazımdır. Real gücə malik olan partiyalar qalmalıdırlar və siyasi mühitdə də onlar rəqabət aparmalıdırlar.

Çoxluq olanda, psevdopartiyalar siyasi mühitin normallaşmasına imkan vermirlər. İndi baxaq-görək, qanun necə icra olunacaq. Əgər proses obyektiv gedəcəksə, bunun nəticəsi müsbət olacaq. Əks halda, xoşagəlməz vəziyyət davam edəcək”.

A.Zeynalov

www.yenicag.az

1452
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv