!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi mühitin SAĞLAMLAŞDIRILMASI: “Növbəti seçkilər partiyaların fəaliyyəti üçün...”

!Reklam – Yazi

“Seçkilərdə uğur qazana bilməyən siyasi təşkilatların təmərküzləşməsi və ya fəaliyyətlərini dayandırması ehtimalı yüksəkdir”.

Bu fikirləri partiyaların təkrar qeydiyyat prosesinin yekunlaşmasından sonra yaranan mənzərəni dəyərləndirən İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, obyektiv şəraitdə keçən təkrar qeydiyyat prosesi haqqında müsbət yanaşmalar üstünlük təşkil edir:

“Doğrudur, normal cəmiyyətlərdə siyasi partiyaların say çoxluğu demokratiyanın özünəməxsus göstəricilərindən biridir. O baxımdan, Azərbaycan da demokratik ölkə olduğu üçün buradakı partiyaların sayı ilə bağlı müzakirə aparmaq bəlkə də doğru deyil. Bununla belə, üç yüz milyon əhalisi olan ABŞ-da cəmi iki əsas partiyanın olduğunu nəzərə aldıqda, on milyonluq Azərbaycanda onlarla partiyanın mövcudluğu o qədər də təbii görünmür.

Lakin qeyd olunmalıdır ki, partiyaların təkrar qeydiyyat prosesi başlayan ərəfədə, hətta ondan da əvvəl bir neçə partiya YAP-la birləşmək haqqında qərar qəbul etdi. Son aylarda isə çox sayda partiya öz fəaliyyətini dayandıraraq siyasi meydandan çəkildi. Yəni indi qeydiyyatdan keçən partiyalar yeni qanunvericiliyin tələblərini yerinə yetirməyi bacaran siyasi təşkilatlar olduğu üçün onların sayı mübahisə predmeti olmamalıdır.

Bu proses ölkədə siyasi partiyalar sisteminin yenidən formalaşmasının ilkin mərhələsi hesab oluna bilər. Fikrimcə, növbəti seçkilər partiyaların fəaliyyəti və mövcudluğu üçün növbəti göstərici olacaq. Yəni seçkilərdə uğur qazana bilməyən siyasi təşkilatların təmərküzləşməsi və ya fəaliyyətlərini dayandırması ehtimalı yüksəkdir. Bu isə partiyalar sisteminin təkmilləşməsinə mühüm təkan verəcək”.

A.Zeynalov

www.yenicag.az

246
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv