!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi partiyalar üçün İCTİMAİ DİNLƏMƏ: “Layihəyə müəyyən korrektələr edilə bilər”

!Reklam – Yazi

“Hər halda, ictimai dinləməyə qatılacaq hakimiyyət nümayəndələri də öz mövqelərini ifadə edəcəklər”.

Bu fikirləri Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə əlaqədar oktyabrın 24-nə təyin edilmiş ictimai dinləmənin mümkün nəticələrini dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Partiya sədrinin ehtimalına görə, sözügedən layihə çox da ciddi dəyişikliyə məruz qalmayacaq:

“Bildiyiniz kimi, siyasi partiyalar haqqında qanun layihəsi hələ müzakirəyə çıxarılmayıb. Aldığımız dəvətə əsasən, deyə bilərəm ki, ayın 24-də Milli Məclisdə baş tutacaq dinləmələr yəqin ki ümumi müzakirə şəraitində keçəcək.

Adətən, ictimai müzakirələrdə bu və başqa bir layihə haqqında ümumi fikirlər səsləndirilir. Bu müzakirələrin açıqlanan qanun layihəsinə hansı formada təsiri olacağını indidən söyləmək doğru olmazdı.

Hər halda, ictimai dinləməyə qatılacaq hakimiyyət nümayəndələri də öz mövqelərini ifadə edəcəklər. Ancaq şəxsi fikrim bundan ibarətdir ki, layihə çox da ciddi dəyişikliyə məruz qalmayacaq. Lakin müəyyən korrektələrin olacağı gözləniləndir.

Siyasi partiyaların həmin layihəyə yönəlik irəli sürdükləri təkliflərdən belə görünür ki, əslində, qanun layihəsində siyasi partiyaları daha çox narahat edən dörd-beş amil var. Ehtimalıma görə, o amillərlə əlaqədar müəyyən yumşalmaya gedilə bilər”.

A.Zeynalov

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv