!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Siyasi partiyaları ictimai dərnəklər səviyyəsinə endirmək olmaz” – Sabir Rüstəmxanlı

!Reklam – Yazi

“Siyasi partiyalar haqqında ilk qanun bizim hakimiyyətimiz dövründə qəbul edilsə də, indi onun yenilənməsi zəruridir”.

Bu fikirləri noyabrın 4-də Milli Məclisdə Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı növbəti ictimai dinləməni dəyərləndirən Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı Yenicag.az-a açıqlamasında deyib.

VHP sədrinin fikrincə, siyasi partiyaların sözügedən layihəyə yönəlik irəli sürdükləri təkliflər diqqətlə araşdırılacaq:

“Bu gün Milli Məclisdə keçirilən sayca ikinci ictimai dinləmənin moderatoru parlamentdə müxalifəti təmsil edən vitse-spiker Fəzail İbrahimli idi. Dinləmə ilə əlaqədar müsbət cəhətlərdən biri də tədbirdə siyasi partiya təmsilçiləri ilə yanaşı, tanınmış QHT rəhbərləri də iştirak edirdilər.

Qeyd edim ki, hazırda qüvvədə olan siyasi partiyalar haqqında qanun bizim hakimiyyətin dövründə qəbul olunub, ona öz əsərimiz kimi, qısqanclıqla yanaşırıq. Bununla belə, etiraf etməliyik ki, o qanunun qüvvəyə minməsindən çox müddət keçib. Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib, şərait əhəmiyyətli dərəcədə dəyişib. Belə olduqda siyasi partiyalar haqqında qanunun yenilənməsi də şərtdir.

Doğrudur, layihə ilə bağlı bir sıra narahatlıqlar da mövcuddur. Partiyaların təsis edilməsi və qeydiyyatı üçün tələblərin sərtləşdirilməsi müəyyən narahatlıqlar yaradıb. Ancaq hesab edirəm ki, bunlar normal tələblərdir. Çünki siyasi partiyaları ictimai dərnəklər səviyyəsinə endirmək olmaz. Hakimiyyət uğrunda mübarizə aparan siyasi təşkilat ən ciddi tələblərə də cavab verməlidir.

Tədbirdə də qeyd olunub ki, bu müzakirələr davam etdiriləcək. Açığı, bu ilk qanun layihəsidir ki, belə uzun müddətdə və daha geniş spektrdə müzakirə olunur. Fikrimcə, siyasi partiyaların sözügedən layihəyə yönəlik irəli sürdükləri təkliflər diqqətlə araşdırılacaq”.

A.Zeynalov

www.yenicag.az

449
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv