!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi partiyaların GÖZLƏNTİSİ: “Qanun layihəsinə mütləq müəyyən dəyişikliklər ediləcək” – Millət vəkili

!Reklam – Yazi

“Qanunun hazırlanıb qəbul edilməsi prosesində siyasi partiyalar yaxından iştirak edərək, öz mövqelərini əsaslandırmalıdırlar”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsi məqsədilə Milli Məclisəd keçirilmiş dinləməni dəyərləndirən Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə Yenicag.az-a açıqlamasında deyib.

DİP sədrinin sözlərinə görə, bəhs olunan qanun layihəsi ətrafında dinləmələr davam etdiriləcək və aktual suallara cavablar tapılacaq:

“Hesab edirəm ki, Milli Məclisdə təşkil olunan dinləmə çox müsbət tədbirdir. Ölkədə çoxpartiyalı sistemin daha da güclənməsi üçün belə tədbirlərin keçirilməsi zəruridir. O baxımdan bu dinləmələrin davamlı olmasına ehtiyac var.

Bu tədbirlərdə siyasi partiyalar öz mövqelərini bildirməli və təkliflər ətrafında müzakirələr aparılmalıdır. Fikrimcə, dinləmələr davam etdiriləcək və aktual suallara cavablar tapılacaq.

Konstitusiyanın tələblərinə uyğun olaraq yeni qanunun qəbulu vacibdir. Onun hazırlanıb qəbul edilməsi prosesində siyasi partiyalar yaxından iştirak edərək, öz təkliflərini və mövqelərini əsaslandırmalıdırlar.

Hər halda, təqdim olunan qanun layihəsinə mütləq müəyyən dəyişikliklər ediləcək. Hələ ki ilkin addımlar atılır. Layihə əvvəl parlament komitələrində, daha sonra isə plenar iclasda müzakirəyə çıxarılacaq. Mühüm qanundur və bu istiqamətdə işlər davam etdirilir”.

A.Zeynalov

www.yenicag.az

677
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv