!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi partiyaların JİRİNOVSKİ MÜƏMMASI: "Etiraz prosesində niyə aktivlik göstərmədilər?" - ŞƏRH

!Reklam – Yazi

“Jirinovskiyə etiraz prosesində siyasi partiyalar öndə olmalı idilər”.

Yenicag.az xəbər verir ki, bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər fonunda ölkəmizdəki əksər siyasi partiyaların susqunluğunu tənqid edən Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli deyib.

Müşfiq Ələsgərli vurğulayıb ki, Jirinovskinin məlum çıxışına qarşı ölkədəki siyasi partiyaların aktivliyi çox aşağıdır və demək olar ki, yox səviyyəsindədir:

“Rusiya Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramına verdiyi 30 iyul tarixli açıqlama ciddi etiraz doğurub. Azərbaycan cəmiyyətinin bütün təbəqələri bu çıxışa etiraz etdi. Jirinovskinin Azərbaycan dövlətçiliyi və rəhbərliyinin ünvanına səsləndirdiyi qərəzli fikirlərə qarşılıq olaraq hər kəs bacardığı səviyyədə reaksiya verdi. Bu etirazların rəsmi forması kimi Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notası ünvanlandı. Prosesin gedişində Jirinovskiyə etiraz edən cəmiyyət təbəqələrinin kimliyi diqqət çəkir. Cəmiyyətin etiraz səsinin ifadəçisi qismində jurnalistlər, politoloqlar və rəsmi dairələr daha çox görünürlər”.

M. Ələsgərli hesab edir ki, münasibət bildirən siyasi partiyalar isə məsələyə konkret yanaşmayıb və ikibaşlı davranıblar:

“Müxalif partiya təmsilçilərinin açıqlamalarına diqqət edəndə görürük ki, hədəf olaraq Jirinovski deyil, milli hakimiyyət götürülür. Digər partiyaların əksəriyyəti isə ya etiraz səslərini qaldırmırlar, ya da çox simvolik çıxışlar edirlər. Azərbaycan siyasi partiyaları Jirinovskiyə etiraz etməklə, həm də ölkəmizin yüksəlişinə, Türkiyə ilə ittifaqına münasibət bildirmiş olardılar. Azərbaycan cəmiyyəti bu məqamı müzakirə edib, nəticə çıxarmalıdır”.

Gülşən Şərif

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv