!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Siyasi partiyaların müşahidə olunan susqunluğu bununla bağlı ola bilər ki....” – REAKSİYA

!Reklam – Yazi

“Bir çox məqamları nəzərə alsaq, siyasi partiyalar haqqında qanunda dəyişiklik edilməsinə ehtiyac var”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müzakirəsi ərəfəsində partiyaların müşahidə olunan passivliyinə münasibət bildirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, siyasi partiyaların bu susqunluğu müzakirələrin aktiv fazaya keçidini gözləməkdən irəli gəlir:

“Mənim düşüncəmə görə, dünyada və Azərbaycanda proseslər ciddi şəkildə inkişaf edib, o cümlədən siyasi münasibətlər xeyli zənginləşib. Bu və başqa məqamları nəzərə alsaq, siyasi partiyalar haqqında qanunda dəyişiklik edilməsinə ehtiyac var. Əlbəttə, bu dəyişikliklər mütərəqqi xarakter daşımalıdır. Azərbaycanda vaxtilə qadağan olunmuş siyasi partiyaların fəaliyyətinin genişlənməsinin qarşısını alan bir çox nüanslar aradan qaldırılmalı, partiyalar üçün yeni imkanlar yaradılmalıdır.

Bu baxımdan, hesab edirəm ki, mövcud partiyaların bir qisminin yeni qanun layihəsinə dair susqunluğu qeyd etdiyim məqamla bağlı ola bilər. Eyni zamanda, Milli Məclisdən bildirilmişdi ki, sentyabrın 28-də bununla əlaqədar ictimai dinləmə keçiriləcək. Lakin o tədbir təxirə salındı. Buna qədər isə siyasi partiya rəhbərləri Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyevlə görüşdə həmin layihəyə yönəlik təkliflərini irəli sürüblər.

Hesab edirəm ki, belə demək mümkünsə, bu susqunluq müzakirələrin aktiv fazaya keçidini gözləməkdən irəli gəlir. Digər tərəfdən, biz yeni qanun layihəsi haqda fikir və təkliflərlə mediadan, eləcə də siyasi partiyaların sosial şəbəkə hesablarından tanış olmaq imkanımız var. Belə düşünürəm ki, siyasi partiyalar öz tərəflərindən yetərincə ciddi təklif irəli sürəcəklər. Ancaq onların hansı səviyyədə nəzərə alınacağı hələ ki mənim üçün də qaranlıqdır. Çox arzu ediləndir ki, o müzakirələr formal keçməsin”.

A.Zeynalov

www.yenicag.az

362
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv