!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Siyasi partiyaların sayının azalması ilə proporsional sistemə keçid baş verəcəksə…” – REAKSİYA

!Reklam – Yazi

“Yeni qanun majoritar seçki sisteminə uyğun olmasa da, proporsional seçki sisteminə uyğundur”.

Bu fikirləri Azərbaycanda çox sayda partiyanın öz fəaliyyətini dayandırmasının yeni siyasi düzənin formalaşmasına mümkün təsirini dəyərləndirən REAl Partiyası Siyasi Komitəsinin üzvü Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, proporsional seçki sisteminə keçid ölkədə yeni siyasi düzənin yaranmasına səbəb ola bilər:

“Açığı, siyasi sistemin formalaşması partiyaların sayından yox, gələcəkdə hansı idarəetmə formasının seçilməsindən asılı olacaq. Bununla bağlı hələlik ümumi şəkildə müəyyən söyləntilər olsa da, konkretlik yoxdur. Məsələn, proporsional seçki sisteminin bərpası ilə əlaqədar uzun müddətdir, müzakirələr gedir.

Əgər, doğrudan da, nəticə etibarilə siyasi partiyaların sayının azalması ilə proporsional sistemə keçid baş verəcəksə, lap yaxşı. Çünki siyasi partiyalar haqqında yeni qanun majoritar seçki sisteminə uyğun olmasa da, proporsional seçki sisteminə uyğundur.

Biz məhz bu məqama görə yeni qanunun qəbuluna etiraz edirdik. Bilirsiniz ki, majoritar seçki sistemində partiya mənsubiyyətinin ciddi əhəmiyyəti yoxdur. Yəni dörd yüz əlli-beş yüz imza toplayaraq deputatlığa namizəd olmaq mümkündür. Ancaq proporsional sistemdə seçkilərə partiya ssiyahısı ilə gedilir və bu daha optimaldır. Beş min üzv tələbinin məntiqi də burada aydın olur.

Dediyim kimi, proporsional seçki sisteminə keçid baş verəcəksə və partiyaların ideoloji prinsiplərə əsaslanan rəqabətinin şahidi olacağıqsa, bu, ölkədə yeni siyasi düzənin yaranmasına səbəb ola bilər”.

A.Zeynalov

www.yenicag.az

495
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv