!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Siyasi partiyaların sıradan çıxmaqdansa, birləşmək qərarı vermələri daha optimal addımdır” – RƏY

!Reklam – Yazi

“Yeni qanun qarşıdakı otuz-qırx illik müddətdə ölkənin siyasi mühitini normal qaydada tənzimləməlidir”.

Bu fikirləri “Siyasi partiyalar haqqında” yeni qanuna uyğunlaşa bilməyərək fəaliyyətini dayandıran partiyaların sayının artması haqda danışan İctimai Nəzarət Mərkəzinin (İNM) sədri Rauf Zeyni Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yeni qanunun tələblərini yerinə yetirə bilməyən partiyaların təmərküzləşməsi daha doğru seçimdir:

“Bildiyiniz kimi, yeni qanun layihəsi parlamentin müzakirəsinə çıxarılana qədər onunla bağlı Milli Məclisdə bir neçə ictimai dinləmə keçirildi və mən də o tədbirlərdə iştirak etmişdim.

Oradakı çıxışımda qeyd etdim ki, qəbul olunacaq yeni qanun qarşıdakı otuz-qırx illik müddətdə ölkənin siyasi mühitini normal qaydada tənzimləməlidir.

Bir çox partiya sədrlərinin, həmçinin ictimaiyyət nümayəndələrinin qatıldığı dinləmələrdə diqqətə çatdırılan əsas məqamlardan biri bu idi ki, yeni tələblərə, əsasən də, beş min nəfər üzv tələbinə əməl edə bilməyən partiyaların ideoloji planda birləşmələri, bununla da fəaliyyətlərini davam etdirmələri daha məqbuldur.

Beş min üzvün məlumatlarını təqdim edə bilməyəcəyi təqdirdə bu variantı qəbul etməyən, birləşmək təkliflərini geri çevirən partiyalar isə əlbəttə ki sıradan çıxacaqlar. Lakin siyasi partiyaların sıradan çıxmaqdansa, birləşmək qərarı vermələri daha optimal addımdır”.

A.Zeynalov

www.yenicag.az

321
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv