!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi partiyalarla ONLAYN GÖRÜŞ: “Ədalət Vəliyev söz verdi ki...” - NƏTİCƏ

!Reklam – Yazi

“Keçirilən görüşün mövzusu da çox maraqlı idi və dialoqun sonrakı inkişaf perspektivləri ilə bağlı geniş müzakirələr oldu”.

Bu fikirləri ötən gün Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi tərəfindən təşkil olunan siyasi partiya sədrləri ilə görüşün nəticələrini dəyərləndirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlətlə siyasi partiyalar arasındakı münasibətlərin dialoq-diskussiya səviyyəsində qurulması çox vacibdir:

“Hesab edirəm ki, belə görüşlərin, diskussiyaların əhəmiyyəti böyükdür. Ümumiyyətlə, Azərbaycanda dialoq mühiti formalaşmaq üzrədir. Bu cür görüşlər də həmin mühitin inkişafına, real dialoqun baş tutmasına gətirib çıxaran amillərdən biridir.

Keçirilən görüşün mövzusu da çox maraqlı idi və dialoqun sonrakı inkişaf perspektivləri ilə bağlı geniş müzakirələr oldu. Haradasa, 50-yə yaxın müxtəlif təkliflər irəli sürüldü.

Prezident Administrasiyası Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev söz verdi ki, həmin təkliflər ümumiləşdiriləcək, məqbul hesab olunanları, təbii ki, qəbul ediləcək.

Fikrimcə, dövlətlə siyasi partiyalar arasındakı münasibətlərin dialoq-diskussiya səviyyəsində qurulması çox vacibdir və bu, gələcəkdə əməkdaşlıq dairəsinin daha da genişlənməsinə gətirib çıxara bilər”.

A.Zeynalov

www.yenicag.az

812
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv