!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Siyasi QALMAQAL: "Özbəkistan Rusiyaya birləşdirilsin" - VİDEO

!Reklam – Yazi

Rus yazıçısı Zaxar Prilepinin Özbəkistanın Rusiyaya birləşdirilməsi təklifi qalmaqala səbəb olub.

Yenicag.az xəbər verir ki, bununla əlaqədar Rusiyanın Özbəkistandakı səfiri Özbəkistanın Xarici İşlər Nazirliyinə çağırılıb. Rusiyalı təbliğatçı Zaxar Prilepin ictimai tədbirdə Özbəkistan ərazilərinin Rusiya Federasiyasına birləşdirilməsi təklifi ilə çıxışı edib.

Belə ki, məşhur rus yazıçısı, “Ədalətli Rusiya” partiyasının üzvü Zaxar Prilepin Özbəkistanın və digər qonşu ölkələrin Rusiyaya birləşdirilməsini təklif edib.

O, hesab edir ki, SSRİ-nin dağılması ilə bağlı bütün sənədlər etibarsız sayılmalı, qonşu ölkələr isə öz vətəndaşlarının çoxunun Rusiyaya getməsi bəhanəsi ilə “sadəcə, tamamilə ilhaq edilməlidir”.

“Əslində, mən də səmimi şəkildə müdafiə edirəm ki, miqrantların bizə gəldiyi bu ərazilər sadəcə olaraq tamamilə ilhaq edilsin və rus dili yerindəcə öyrədilsin. Burada yox, məsələn, Özbəkistanda. Mən ciddiyəm, zarafat etmirəm, axmaq rolunu oynamıram.

Biz Sovet İttifaqının dağılmasını inkar etmək mövzusunu qaldıracağıq ki, bu da bizə istənilən vaxt deməyə imkan verəcək: “Sizin iki milyon vətəndaşınız bizim ərazimizdə olduğuna görə biz sizin əraziyə iddialıyıq. Çünki burada çoxunuz hətta buna səs vermisiniz. Kiyevdəki paraddan sonra Avrasiya ərazisində faydalı iş görməyi bizə kim qadağan edəcək? Heç kim”, – Prilepin deyib.

Xarici İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, görüş zamanı səfirə “prinsipcə məlumat verilib ki, bu cür tələsik bəyanatlar qəsdən təxribat xarakteri daşıyır və tarixi dostluq münasibətlərinə mənfi təsir göstərə bilər”.

Rusiya Xarici İşlər Nazirliyi “Prilepinin bəyanatlarının Rusiya rəhbərliyinin rəsmi mövqeyi ilə heç bir əlaqəsi olmadığını” bəyan etməyə çalışıb.

Prilepinin bəyanatına Müdafiə Nazirliyi də cavab verib və bildirib ki, Özbəkistanın təhlükəsizliyini təmin etmək üçün kifayət qədər Silahlı Qüvvələri var.

Xuraman Etibarlı

 

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv